Yeni ilin ilk günlərində bu məhsullar bahalaşdı
Iqtisadiyyat
Oxunub: 460
4 yan 2019 | 10:37
Yeni ilin ilk günlərində bu məhsullar bahalaşdı















Ticarət şəbəkələrində bir sıra məhsulların kütləvi satışı dayandırılıb

Yanvarın ilk günləri Azərbaycan əhalisi üçün qiymət artımları ilə yadda qaldı.

Məlum oldu ki, quzu ətinin qiymətində bahalaşma qeydə alınıb. Kiloqramı 12-12,5 manat olan quzu ətinin qiyməti 14 manata yüksəlib.

Maraqlıdır ki, satıcılar qiymətlərin 1 aya yaxındır qalxdığını deyirlər. Onlar artımın başlıca səbəbi kimi bu aylarda yaşanan quzu qıtlığını göstərirlər. Bildirirlər ki, tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlik bunu əsaslı hesab eləmir. Bildirilir ki, satıcılar bayramqabağı tələbatın artdığını görüb qiymətləri qaldırıblar(XəzərXəbər).

Yeni ilin ilk günlərindən bahalaşan daha bir məhsul siqaretdir. Siqaretlərin hər qutusunda 20 qəpiklik artım müşahidə olunmaqdadır. Bu artımın əsas səbəbi isə Vergi Məcəlləsinə edilən dəyişiklikdir. Belə ki, dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb.

Yeni ilin ilk günləri bayram, yəni qeyri-iş günüdür. Bu günlərdə xaricdən siqaret idxal olunmayıb – hətta olunsa belə, gömrük rəsmiləşməsindən keçərək bazara çıxması vaxt baxımından qeyri-mümkündür. Bu baxımdan, qiymətlərin dərhal bahalaşması idxalçıların və satıcıların əlavə qazanc istəyindən irəli gəlir.

Siqaret satıcılarının dediklərinə görə, 20 qəpiklik bahalaşma dekabrın ortalarından bəri siqaret idxalının azalması ilə bağlıdır(?!). Aksizlərin artımına görə bahalaşma isə hələ yanvarın ikinci yarısından başlayacaq və daha böyük olacaq.

Qeyd edək ki, Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı bahalaşacaq məhsullar sırasında Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər də var. Belə ki, bu məhsullar da aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulmalıdır.

Bu isə həmin məhsulların qiymətində artımları qaçılmaz edir. Ticarər şəbəkələrindən əldə etdiyimiz məlumata görə, bütün satış nöqtələrinə qeyd olunan məhsulların kütləvi satışının aparılmaması tapşırılıb. Bildirilib ki, yaxın 2 gündə qiymətlər bahalaşacaq.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik