Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?
Iqtisadiyyat
Oxunub: 471
2 yan 2019 | 09:30
Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?















Ekspertlər: “Hər şey neftin qiymətindən asılıdır”

2018-ci ilin son iş günlərində Mərkəzi Bank həmişə olduğu kimi növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Qurumun açıqladığı siyasət sənədini şərh edən iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu il inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: “Bu həm də o deməkdir ki, manatın məzənnəsini mümkün olduğu qədər sabit saxlamaq əsas hədəf olacaq. Bəyanatda yazılan bir cümlədən bunu açıq görmək olur: manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsirindən daha yüksəkdir.

Neftin kəskin ucuzlaşması (40-45 dollara qədər) baş verməsə, məzənnə sabitliyini təmin etmək Mərkəzi Bank üçün o qədər də problem olmayacaq”.

Mərkəzi Bankın bəyanatından çıxan ikinci nəticə budur ki, pul-kredit siyasəti yumşaldılmayacaq: “Yəni biznes və ev təsərrüfatları gələn il də ucuz və asan əldə edilə bilən resurslardan gözünü yığsın.

Bundan başqa, Mərkəzi Bank öz resurslarını real sektora satıb para qazana bilməyən bank sektoruna dəstəyini daha da artırmağı planlayır. Son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla sektora böyük dəstək verir. Lakin bu alətlər əsasən qısamüddətli (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Bəyanatdan isə aydın olur ki, Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətlərilə banklara dəstəyə hazırlaşır”.

İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, Mərkəzi Bank 2018-ci ildəki siyasətini davam etdirəcək və pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək: “2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4 faiz ±2 faiz) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq.

Bəyanatda hökumət üçün də mesaj var: “…effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən və əlaqələndirilməsindən asılı olacaqdır.” Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır”.

Bəyanatdan həmçinin aydın olur ki,Mərkəzi Bank öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq: “Bəyanatda “manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır.

Bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir”.

Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib:

“Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur”.

S.Əliyevin fikrincə, bu il Azərbaycanda pul-kredit siyasəti sərtləşdirilə bilər: “İnflyasiyanı aşağı səviyyədə saxlamaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək və mövcud uçot dərəcəsi bir müddət sabit saxlanılacaq. Hətta dünya bazarlarında neftin qiymət səviyyəsindən asılı olaraq onun yenidən artırılması da mümkündür.

Mərkəzi Bank makroiqtisadi sabitliyi təmin edən aşağı inflyasiya, sabit məzənnə kimi hədəflərə çata biləcəkmi? Azərbaycan iqtisadiyyatını xarici şoklardan qoruya biləcəkmi? Bütün bu sualların cavabını neftin qiymətində axtarmaq lazımdır. Neftin qiyməti nə qədər ki, 50 dollardan yüksəkdir hökumət və Mərkəzi Bank prosesə nəzarət edə biləcək və qərarı öz siyasətinə uyğun verə biləcək. “Qara qızıl” 40 dollara yaxınlaşsa və proses uzunmüddətli olsa, sabit məzənnəni və aşağı inflyasiyanı qorumaq mümkünsüz olacaq”.(musavat.com)
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”