Bakıda kirayə ev böhranı yaşanır — Mənzil bazarından REPORTAJ + FOTO
Iqtisadiyyat / Video
Oxunub: 629
24 dek 2018 | 10:40
Bakıda kirayə ev böhranı yaşanır — Mənzil bazarından REPORTAJ + FOTO















Nazirlər Kabinetinin qərarına əsasən paytaxt Bakıda həyata keçirilən pilot layihə çərçivəsində köhnə və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi yeni bir kütlənin kirayə mənzil bazarına axın etməsinə səbəb olub. Nəticədə son aylarda Bakıda kirayə mənzillərin qiymətinin hiss olunacaq dərəcədə artması ilə yanaşı, mənzil tapmaq da müşkülə çevrilib. Belə ki, pilot layihənin qaydalarına görə, sökülən binaların sakinləri yeni bina hazır olana qədər işi aparan şirkətin vəsaiti hesabına kirayə mənzillərə köçürülür. Yeni binada mənzillər tam təmir olunduqdan sonra həmin sakinlərə təhvil verilir. Bu proses əsasən şəhərin mərkəzində, metrostansiyaların yaxınlığında, magistral yollara və infrastruktura yaxın ərazilərdə yerləşən mənzillərin bahalaşmasına səbəb olub.
Musavat.com bildirir ki, son zamanlar "makler bazarı"nda kirayə mənzil axtaranların sayı artıb. Buna baxmayaraq, vətəndaşlar istədiyi şərtlə ev tapmaqda çətinlik çəkirlər.

Ev dəlalları da etiraf edir ki, son aylarda kirayə mənzil bazarında qıtlıq yaşanıb: "Nizami rayonu ərazisində kirayə ev tapmaq çətinləşib. Metroətrafı ərazilərdə isə boş kirayə ev demək olar ki, yoxdur. Son üç ayda hər gün toplaşdığımız "maklerlər bağı" müştərilərlə dolub-daşır. Müştərilərin əksəriyyəti metro ətraflarında, mərkəzə yaxın ərazilərdə ev tutmaq istəyir. Ancaq tələbat çox olsa da, kirayə evlər azdır".

"Makler"lərin sözlərinə görə, bu qıtlıq rayon ərazisində pilot layihə çərçivəsində aparılan söküntü işləri ilə əlaqəlidir: "Kirayə mənzillərin qıt olması avtomatik olaraq, bahalaşmaya səbəb olub. Müştərilər müraciət edərkən onlara istədikləri göstəricilərə uyğun ev təklif etməkdə çətinlik çəkirik. Yəni, əvvəlki kimi müştərilərə bir neçə variant təklif edə bilmirik. Bu durum mənzil sahibləri üçün bir fürsətə çevrilib. Onlar evlərini daha baha qiymətə kirayə verməyə niyyətlənirlər. Təəccüblü olsa da, baha təklif edilən bu evlərə belə, qısa zamanda tələbat yaranır. Nəticədə bahalaşma baş verir. Hazırda 300-400 manat arasında təklif olunan evlərin qiymətində ən azı 50 manat artım olub".
Başqa bir "makler" evini kirayə vermək istəyənlərin sayının azaldığını bildirdi: "Artıq əksər ev sahibləri bizə müraciət etmir. Kirayə evlərə tələbat o qədər çoxdur ki, mənzil sahibləri özləri rahatlıqla müştəri tapa bilirlər. Son aylarda kimsə gəlib, evini kirayə vermək üçün ofisə müraciət etməyib. Özləri makler bazarına gedərək, qısa zamanda rahatlıqla müştəri tapırlar".

Bir neçə ev dəllalı arasında apardığımız sorğuya uyğun olaraq, Nizami rayonu ərazisindəki orta təmirli, əşyalı və əşyasız evlərin ümumi qiymətini müəyyənləşdirə bildik.

Belə ki, birotaqlı əşyalı evin qiyməti 250-300 manat, ikiotaqlı əşyalı evin 350-400 manat, üçotaqlıların qiyməti isə 450-600 manat arasında dəyişir. Qeyd edək ki, boş evlə əşyalı evin arasında 100-150 manat qiymət fərqi var.

Bakıda kirayə ev böhranı yaşanır — Mənzil bazarından REPORTAJ + FOTOBakıda kirayə ev böhranı yaşanır — Mənzil bazarından REPORTAJ + FOTOBakıda kirayə ev böhranı yaşanır — Mənzil bazarından REPORTAJ + FOTO
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...