“Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması “Nar”ın əsas strategiyasıdır” – baş icraçı direktor Qunnar Panke
Iqtisadiyyat
Oxunub: 586
21 dek 2018 | 01:26
“Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması “Nar”ın əsas strategiyasıdır” – baş icraçı direktor Qunnar Panke















“Nar”ın növbəti il üçün qarşısına qoyduğu əsas məqsədlərdən biri müştərilərin tələblərinə uyğun təkliflərin hazırlanması, müştərilərə ən sürətli internet təklif etmək üçün həcmi artırmaq, eyni zamanda bölgələrdə 4G şəbəkəsinin əhatə dairəsini daha da genişləndirməkdir.

Bunu “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke İctimai TV-yə geniş müsahibəsində deyib. O, bundan sonra da “Nar”ın bütün təkliflərinin müştərilərin arzu və istəklərinə əsaslanacağını bildirib: “Bu o deməkdir ki, daha sərfəli paketlər, xüsusilə də internet paketləri təklif edəcəyik. Məsələn, müştərilərə təklif edəcəyimiz internet paketinin köməyi ilə onlar daha sürətli internet çıxışına sahib olacaqlar. Təqdim etdiyimiz xidmətlərin abunəçilər, müştərilər üçün əlçatan olması ümumi strategiyamızın ən müsbət cəhətlərindəndir. Şəbəkə səviyyəsi, qiymətlərin münasib olması “miqyasdan qənaətə” səbəb olduğu üçün növbəti dəfə sərmayə qoymaq imkanımız olur. Bunu elə etmək lazımdır ki, müştərilər tələblərini nəzərə aldığımızı hiss etsinlər”.

Q.Panke əlavə edib ki, istifadəçi sayını artırmaq üçün xidmətlər əlçatan olmalıdır. Buna görə də “Nar”ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı məlumat verən Q.Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir.

Qeyd edək ki, baş icraçı direktor müsahibəsində “Nar”ın qarşıda duran məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları, mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühiti barədə ətraflı danışıb. Müsahibənin tam videosuna aşağıdakı keçiddə baxmaq olar:



“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi