“Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər
Iqtisadiyyat
Oxunub: 488
4 dek 2018 | 08:50
“Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər














“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib. Belə ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli “Nar” nömrələri ilə təmin edib. Təqdim edilən “Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər. Video zəng vasitəsilə eşitmə və nitq məhdudiyyətli şəxslər öz fikirlərini işarət dilində izah etməklə yaxınları ilə daha rahat ünsiyyət qura biləcəklər. Bununla da məsafədən asılı olmayaraq, əlaqə problemlərindən uzaq olacaq və cəmiyyətə daha asan inteqrasiya olunacaqlar. Qeyd edək ki, nömrələr "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin üzvlərinə təqdim edilib.
Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların bütün hüquqlarını qorumaqdır.

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Məlumat xarakterli vəsait sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların yaxınları daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif layihələr gerçəkləşdirib. Qeyd edək ki, “Azerfon” (“Nar” ticarət nişanı) şirkətinin əməkdaşları arasında hazırda fiziki məhdudiyyətli şəxslər də var.
“Nar”ın KSM strategiyası haqqında daha ərtaflı məlumatı nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib