“Bank of Baku” fəaliyyətini dayandırır? - Hansısa sirli əl kömək etməzsə...
Iqtisadiyyat
Oxunub: 607
3 dek 2018 | 22:10
“Bank of Baku” fəaliyyətini dayandırır? - Hansısa sirli əl kömək etməzsə...














Azərbaycan bank sektorunda rəqabət artdıqca aktivlərindən səmərəli istifadə edə bilməyən, kredit bazarında problemlər yaşayan və riskli müştəri kontingenti uğrunda mübarizədə məğlub olan bankların bazarda kiçildiyi müşahidə olunur.

Məlumata görə, bank sektorunda məcmu kapitalının ən çox azalması "Bank of Baku”da müşahidə edilir. Hazırda bankın məcmu kapitalı 37.7 milyon manat təşkil edir. Bu da Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklar üçün təyin etdiyi məcmu kapitalın həcmindən təxminən 13 milyon manat azdır. 2017-ci ilin birinci rübündə "Bank of Baku”nun məcmu kapitalı 62.3 milyon manat, ikinci rübündə isə 46.9 milyon manat təşkil edib. Statistik məlumatlar göstərir ki, ötən illə müqayisə də məcmu kapital kəskin azalıb.

Bankın aktivləri də kəskin formada azalıb. Ötən ilin bu rübündə 474.9 milyon manat təşkil edən aktivlər bir il ərzində 175.4 milyon manat azalaraq 299.5 milyon manat təşkil edir. Bu da bankın faiz gəlirlərinin səmərəli formada istifadə olunmaması, xalis gəlirlərin azalması ilə izah oluna bilər. Bankların ən çox kreditlərdən qazanc əldə etdiyini nəzərə alsaq, "Bank of Baku”da verilən kreditlərin problemli olduğunu deyə bilərik. Elə bunun nəticəsidir ki, bankın kredit həcmləri azalıb.

Ötən il "Bank of Baku”nun kreditlərinin həcmi 209.8 milyon manat təşkil edirdisə, bu il 23.3 milyon manat azalaraq 186.5 milyon manat olub. Onu qeyd etmək yerinə düşər ki, bank istehlak kreditlərini digər banklara nisbətən yüksək faizlə, 27-29% ilə təklif edir.

Son zamanlar isə bankın müştəriləri xidmət səviyyəsinin aşağı olması haqqında sosial şəbəkə vasitəsi ilə narazılıqlar ifadə edirlər. Sentyabrın 19-da internet bankçılıq xidmətində yaranmış problem 4 gün sonra həll edilib. Bank isə bu haqda ictimaiyyətə heç bir informasiya verməyib. İstər nizamnamə kapitalının Azərbaycan Mərkəzi Bankın qoyduğu tələblərdən az olması, istərsə də aktivlərin və kredit həcminin azalması bank üçün həyacan siqnalı hesab olunur. Bu kimi amillər Bankın fəaliyyət lisenziyasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xitam verilmə riskini artırır.

Gələn məlumatlarda deyilir ki, "Bank of Baku" gələn ildə fəaliyyətini dayandıra bilər. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, Hazırda bank müxtəlif üsullarla vəziyyətdən çıxmağa çalışır: "Amma alınacaqmı? Buna inanmaq çətindir. Gərək ki hansısa sirli əl bu bankı xilas etsin. Əks halda bağlanması şərtdir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib