14 daş karxanasının fəaliyyəti dayandırıldı
Iqtisadiyyat
Oxunub: 457
28 noy 2018 | 23:16
14 daş karxanasının fəaliyyəti dayandırıldı















Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daş karxanalarında monitorinqlər aparılıb.
Komitədən verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.
Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Qeyd edilməlidir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...