Xalq təbabətinin ən məşhur öskürək kompresləri — Evdəki ərzaqlarla sağalın
Iqtisadiyyat
Oxunub: 507
27 noy 2018 | 17:30
Xalq təbabətinin ən məşhur öskürək kompresləri — Evdəki ərzaqlarla sağalın

















Uzun illərdir ki, insanlar xəstələndikləri zaman ana təbiətin möcüzələrinə müraciət edərək şəfa tapırlar. Bu gün də xalq təbabəti bütün xalqlarda çox populyardır və uğurla istifadə olunur.
Medicina.az uşaqlarda dərmanlarla da ötüşməyən öskürək zamanı işə yarayacaq effektiv kompress reseptləri təqdim edir. Bu kompreslərin sayəsində öskürəkdən bir neçə günə xilas olacaqsınız. Ən əsası isə kompresləri reseptə dəqiqliklə riayət edərək hazırlayın.

Nə vaxt kompress etmək lazımdır:

Bədənə istilik verməsi və bu səbəbdən də iltihabi prosesi daha aktivləşdirə bilməsi səbəbindən yüksək temperatur ilə müşayət olunan kəskin respirator xəstəliklər zamanı bu cür kompresdən istifadə etmək əks göstərişdir. Lakin əgər xəstəliyin bütün əlamətləri keçib gedib, amma uşağa boğucu öskürək əziyyət veririsə, o zaman bu kompreslər işə yarayacaq.

Kompressin istilikverici effekti sayəsində qan damarları genişlənir, qan dövranı sürətlənir. Öskürək zamanı isidici kompreslər bronxlara yaxşı təsir göstərir.

Hər bir kompress 3 qatdan ibarətdir:

Xarici qat - Müalicəvi vasitə ilə isladılmış tənzif, bint və ya əski parçası

Orta qat – mayenin axmasına mane olan sellofan və yağlı kağız

Xarici qat – kompressi isitmək üçün qalın dəsmal, pambıq və yun

Bal kompressi:

1 x/q bal, 1 x/q toz xardal, 1 x/q sirkə, 1 x/q günəbaxan yağı, yoğurmaq üçün bir miqdar un.
Məlum olduğu kimi, bal bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Balın xalq təbabəti reseptlərində öz yeri var. Çox vaxt bu ərzaq nəfəs orqanlarının iltihabi xəstəliklərində tətbiq edilir.

Sadalanan məhsulları bir-birinə qatıb azacıq un ilə yoğurun. Ələ yapışmayan kütləni tənzifin üzərinə yaxaraq uşağın sinəsinə qoyun. Kompress uşağın ürək nahiyəsinə düşməməlidir! Kompressi ən az 2-3 saat müddətində saxlamaq lazımdır. Buna görə də, yaxşı olardı ki, kompressi uşaq yatarkən edəsiniz.

Kompress olunan müddətdə uşaq güclü tərləyəcək. Buna görə də kompresdən sonra uşağın paltarını dəyişmək lazımdır.

Kartof kompressi

Kompressi istilik verən istənilən ərzaq məhsulundan hazırlamaq mümkündür. Kartofdan hazırlanan kompress ən sadə tərkibli olmasına baxmayaraq effektivdir. Kompressi hazırlamaq üçün qabıqlı, qaynadılmış kartof tələb olunur. İsti halda kartofu sellofan paketə qoyun içərisinə 2 ç/q bitki yağı və 10 damcı yod əlavə edin.

Diqqət! Paket çox qaynar olduğu üçün onu uşağın sinəsinə qoymazdan əvvəl dəsmala bükün. Nəzarət edin ki, kompress uşağın ürək nahiyyəsinə düşməsin.

Araq kompressi

Uşağın sinəsinə araq kompressi etməzdən əvvəl həmin nahiyyəyə vazelin və ya uşaq kremi sürtün. Tənzifi araqda isladaraq uşağın sinəsinə qoyun. Üstünə yağlı kağız sərin. Daha sonra isə qalın dəsmalla örtün. Yaxşı olardı ki, bu kompressi uşaq yatmazdan əvvəl edəsiniz, çünki bu kompressi dəri üzərində 1 saatdan çox saxlamaq olmaz.

Dəridə qızartı, cızıq, yara və göbələk olduğu hallarda da bu kompresdən istifadə etmək qadağandır!

Duz kompressi

Soyuqdəymənın ağırlaşmaları zamanı duz kompressi də yaxşı kömək edir. Məhlulu hazırlamaq üçün 90 qr xörək duzunu 1 litr isti suda həll edin. 2 qat pambıq parçanı məhlulda isladaraq uşağın sinəsinə qoyun. Kompressin üstünə qalın dəsmal və ya yun şərf sərin. Yaxşı olardı ki, kompress uşağın sinəsində 10-11 saat qalsın.
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi