Bank sektorunu gözləyən təhlükəli 5 ay - Daha kimlərin dizi yerə gələcək?
Iqtisadiyyat
Oxunub: 519
8 noy 2018 | 20:43
Bank sektorunu gözləyən təhlükəli 5 ay - Daha kimlərin dizi yerə gələcək?














2019-cu ilin martında “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür. Qeyd edək ki, bu qanun 2016-cı ildə qəbul edilib.

Qanuna görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu qanun qüvvədən düşərsə 5 aydan sonra əmanətçilərin banklarda olan vəsaitlərinin yalnız 30 minədək olan hissəsi sığortalanacaq.

Bu isə baş bankir Elman Rüstəmovun da etiraf etdiyi kimi, ciddi problemləri olan bank sistemində daha acınacaqlı durumun yaranmasına səbəb ola bilər. Bank sisteminə etibarlılığın heç də yüksək olmadığı Azərbaycanda əmanətçilər vəsaitlərini bankdan çəkə bilərlər. Çünki sığortalanmayan məbləğin təhlükəsizliyinə heç kim zəmanət vermir.

Qeyd edək ki, bu məsələ iqtisadçı Vüqar Bayramlı tərəfindən bu günlərdə yenidən gündəmə gətirilib: “Bu qanun 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortalanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qaytarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütləvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam slğortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur

Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar".

Bu məsələ Milli Məclisdə də bir neçə dəfə qaldırılıb. Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin uzadılmasını parlamentin iclaslarında təklif edib. Millət vəkili “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu qərar bankların sağlamlaşdırılma prosesinin getməsi, bank faizlərinin aşağı düşməsi məqsədi ilə verilib: “Banklara olan etimadın doğrulması üçün belə bir addım atıldı. Bu qərar 3 il müddətinə təyin olunmuşdu, 2019-cu ilin martında qüvvədən düşür. Mən Milli Məclisin iclasında iki dəfə bu məsələni qaldırmışam. Bildirmişəm ki, müəyyən banklarda problemlər var, faiz dərəcəsi yüksəkdir. Bu qərarın müəyyən müddətə uzadılmasını təklif etmişəm. Məndə olan məlumatlara görə, bu məsələ üzərində iş gedir. Yəqin ki, müəyyən qərarlar qəbul ediləcək.

Qəbul edilməsə, insanların banklara olan etimadı azala və vəsaitlərini çıxarda bilər. Bu da bizə lazım olan məsələ deyil”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı