Banklarımız beynəlxalq reytinq agentliklərində mövqelərini itirir
Iqtisadiyyat
Oxunub: 1 246
22 mar 2015 | 13:16
Banklarımız beynəlxalq reytinq agentliklərində mövqelərini itirirSamir Əliyev: "Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin "mənfi"yə düşməsi ehtimalı artacaq"

Azərbaycanın bank sektoru neftin dünya bazarlarında ucuzlaşmasının, o cümlədən devalvasiyanın neqativ təsirlərini hiss etməkdədir. Banklarımız bir-birinin ardınca beynəlxalq reytinq agentliklərində mövqelərini itirirlər. Ən yaxşı halda isə mövqelərini müvəqqəti də olsa qoruya bilirlər. Ekspertlərin sözlərinə görə, çətinliklə "pozitiv" mövqeyə yüksəlmiş banklarımız yenidən aşağı "sabit"ə endirilir. Əsas səbəb kimi aktivlərin pisləşməsi, valyuta mövqelərinin pozulması, problemli kreditlərin artmasıdır. Ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanın suveren reytinqinin pisləşməsi də bankların mövqeyinə zərbə vurur.

"Martın 19-da "Standard and Poors" reytinq agentliyi "Muğanbank" ASC-nin reytinqini "pozitiv"dən "sabit"ə salıb. Bankın uzunmüddətli və qısamüddətli reytinqi "B-/C" səviyyəsində saxlayıb. Digər bankın - "Pasha Bank" ASC-nin reytinqi "sabit" saxlanılıb. Uzunmüddətli və qısamüddətli reytinqi isə "BB-/B" səviyyəsində təsdiq edilib. "Pasha Bank"ı kredit portfelində yüksək konsentrasiyanın olması xüsusilə narahatçılıqla qeyd edilir. Belə ki, bankın 20 kredit müştərisinin ümumi kredit portfelində payı 73 faiz təşkil edir və bu, çox risklidir",- deyə S.Əliyev qeyd edib.
Onun sözlərinə görə, neftin ucuzlaşması fonunda yanvarın 30-da Azərbaycanın suveren reytinqinin "sabit"dən "mənfi"yə salınması (reytinq BBB-/A-3) bankların reytinqinin təsdiqində mənfi təsirini göstərib: "Martın 11-də Fitch agentliyi 6 bankımızın reytiqini nəzərdən keçirib. Agenlik Unibank və Dəmirbankın reytinqini "pozitiv"dən "sabit"ə salıb. AGBank və Bank Technique isə "mənfi" təsdiq edilmişdi. Expressbank və Atabankı isə "sabit"də saxlayıb. Ötən ay Moody`s agentliyi Beynəlxalq Bankın və VTB Bankın reytinqini "mənfi"yə endirmişdi. Yaxın gələcəkdə bankların reytinqlərinin zədələnməsi davam edəcək. Digər banklarının mövqelərinin zəifləməsi, ən yaxşı halda mövqelərinin artmaması müşahidə ediləcək. Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin "mənfi"yə düşməsi ehtimalı artacaq".
S.Əliyevin sözlərinə görə, reytinq agentliklərinin açıqlamaları göstərir ki, bank sektorunu gələcəkdə böyük çətinliklər gözləyir: "Proqnozlara görə, aktivlərin pisləşməsi davam edəcək, problemli kreditlərin həcmi artacaq, ölkədə iqtisadi aktivlik azalacaq. Bu isə bankların gələcəkdə mövqelərinin aşağı düşməsini şərtləndirəcək. Eyni zamanda hesabatlarda hökumətin dəstəyinin verilməsinin vacibliyi qeyd edilir və bankların mövqelərinin qorunmasında bu amil əsas kimi göstərilir".

http://musavat.com
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu