Azərbaycan neftini 153 manata satır – REKORD
Iqtisadiyyat
Oxunub: 618
5 okt 2018 | 10:29
Azərbaycan neftini 153 manata satır – REKORD














Sentyabr ayında Azərbaycanda pul bazası 6,6% artıb və 2018-ci il sentyabrın 28-nə olan rəsmi məlumata görə 8 mlrd. 871,5 mln. manat təşkil edir.

Manata təzyiqin artmasının qarşısını almaq üçün Mərkəzi Bank sterilizasiya tədbirlərini davam etdirir.

Pul bazasının belə sürətlə artması milli valyuta üçün hər hansı bir təhlükə yarada bilərmi? İqtisadçı ekspert Rəşad Həsənovun oxu.az-a açıqlaması çox maraqlı məqamları ortaya çıxarıb.

O hesab edir ki, indiki halda konyuktur pul bazasının genişləndirilməsi və sabit məzənnə siyasətinin davam etdirilməsinə uyğundur. Azərbaycanda xarici faktorlarda əsas rolu məhz neftin qiyməti oynayır. Neftin qiyməti hazırda ölkəmiz üçün kifayət qədər cəlbedici bir səviyyədədir.

“Azərbaycan heç vaxt bu səviyyədə manatla ifadədə neft satmayıb. Təxminən Azərbaycan nefti dünya bazarlarında 88 dollara təklif edilir ki, bu, 153 manat ətrafında bir qiymətdir. Hətta 150 dollara neft satılanda belə, Azərbaycan manatla ifadədə belə qazanc götürməyib. O vaxt 150 dollar təxminən 120 manat edirdi. Ona görə də pul bazasının genişləndirilməsinə böyük imkanlar var”.

İqtisadçının fikrincə, bu artımlar valyuta bazarında təzyiq formalaşdıracaq səviyyədə də deyil. Nəzərə alsaq ki, Mərkəzi Bank vəziyyətə çevik reaksiya verir və avqust ayında manata olan psixoloji təzyiqləri çox inamlı şəkildə dəf etdi, artıq Azərbaycan əhalisində və biznesdə narahatlıqlar aradan qalxdı. Bu da sentyabr ayında dollar alışının azalmasında özünü göstərdi:

“Azərbaycan artıq 2014-cü ilin Azərbaycanı deyil. 2014-cü ildə Azərbaycanda bankların dövriyyədə təxminən 25 milyard manata yaxın vəsaiti vardı, bu isə 30 milyard dollar deməkdir. Əhalinin yığımlarının mühüm hissəsi manatla idi. İndi elə deyil. Bütün sahələrdə dollarlaşma gedib, əhali yığımlarının böyük hissəsini dollara keçirib, banklar vəsaitlərini xarici valyutada saxlayır”.
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir