Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ
Iqtisadiyyat
Oxunub: 1 049
21 sen 2018 | 09:30
Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ















Azərbaycanda bank sistemində problemlər həll olunmamış qalır.

Üst-üstə yığılan problemlər bu sektoru çöküşə doğru aparır. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Artan problemləri banklar öz gücü hesabına həll edə bilmir. Bu səbəbdən isə onların bağlanma riski artır. Ekspertlər hesab edir ki, bank sektorunda davam edən bu vəziyyət problemin getdikcə daha da dərinləşəcəyindən xəbər verir. Acınacaqlı mənzərə yaxın vaxtlarda daha bir neçə bankın bağlanma riskini artırır.

Ekspertlərin fikrincə, bu sektorun çöküşünün qarşısını almaq məqsədilə müəyyən güzəştlər tətbiq edilməlidir. Bank mütəxəssislərinin sözlərinə görə bir neçə kiçik bankın birləşdirilərək sağlam bankın yaradılması yaxşı olardı. Bu proses isə bir qədər çətindir. Daha doğrusu, hökumət bunun üçün mümkün variantları nəzərdən keçirməlidir. Əks təqdirdə, daha bir neçə bankın bağlanma ehtimalı böyükdür. Ekspertlər hətta ilin sonuna qədər bu sahədə xoş olmayan surprizlərin gözlənəcəyindən xəbər verirlər. Azərbaycanda daha bir bank ilin sonuna qədər bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Söhbət “Bank of Baku”dan gedir. Səbəb məcmu kapitalının yetərli olmaması ilə bağlıdır. "Bank of Baku"nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır. Məlumata görə maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan "Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Qeyd edək ki, "DəmirBank"ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırkı vəziyyətdə "Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iki devalvasiyadan sonra Azərbaycan banklarının ümumi məcmu kapitalında Mərkəzi Bankın bu gün qoyduğu tələb yerinə yetirilmir: “Mərkəzi Bankın qoyduğu tələbləri yerinə yetirə bilməyən bankların sayı 10-dan çoxdur. Onlar öz nizamnamə kapitalını artıra bilmirlər. Problemli kreditlər portfeli həcmindən çox şişir. Əmanət yığımlarında son 6 aya qədər azalma tendensiyası baş verirdi. Yerli bankların xarici banklara borcu həddindən çoxdur. Vəziyyət heç də ürəkaçan deyil. Sadalanan problemlər də bankların ümumi məcmu kapitalının azalmasına gətirib çıxarır. Nəticə etibarilə isə valyuta aktivlərinin idarə edilməsində çətinlik çəkirlər. Bu baxımdan strateji proqramların, hədəflərin icra edilməsi ləngiyir. Xüsusilə də daha çox istehlak kreditləri üzərində yaranmış bankların vəziyyəti günü-gündən pisləşir.

Həm “Bank of Baku”, həm də digər banklar var ki, daha çox kredit portfeli var. Əhalinin bu məsələdə də ödəmə qabiliyyətinin azalması, xüsusilə də xarici valyuta ilə olan kreditlərin geri qaytarılmasında yaranan problemlər bankları çıxılmaz vəziyyətdə qoyur. Banklar hazırda çıxılmaz durumdadır. Bu proses isə davam etməkdədir”. Ekspert qeyd edib ki, söhbət təkcə “Bank of Baku”dan getmir: “Daha bir neçə bankın da bağlanma ehtimalı var. Ən çox istehlak və dollar krediti olan bankların bağlanma təhlükəsi böyükdür. Konkret ad çəksəm, doğru olmaz. Amma istehlak və dollar krediti olan banklardır ki, bu gün hələ də 2-3 il öncə baş verən proseslərin təsir dairəsindən çıxa bilmirlər”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest