“Mərkəzi Bank banklarla bağlı açıqlama verməlidir”
Iqtisadiyyat
Oxunub: 1 683
3 mar 2015 | 15:16

“Mərkəzi Bank banklarla bağlı açıqlama verməlidir”


Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib.


Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdıra bilməyən bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcəkdi.

Azerinfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında bildirib ki, əhalinin narahatlığını nəzərə alıb artıq Mərkəzi Bank rəsmi açıqlama verməlidir:“Mərkəzi Bank bağlanacaq banklar haqqında artıq açıqlama verməli idi. Çünki vaxt yanvarın 1-də başa çatıb və nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar faktiki olaraq ya bağlanmalı, ya da digər bir banka birləşməli idi.

Arada məlumat gəldi ki, 4-5-ə yaxın bank nimzamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib, hətta adları da mətbuatda getdi. Mərkəzi Bank isə hər hansı açıqlama vermədi. Bu, çox ciddi məsələdir. Çünki əhalinin banklarda kifayət qədər əmanətləri, kreditləri var. Buna görə də Mərkəzi Bank açıqlama verməyə borcludur. Əhaliyə məlumat çatdırılmalıdır ki, onlar da öz işlərini bilsinlər”.

“Mümkündürmü ki, Mərkəzi Bank 2014-cü ilin sonunda verdiyi rəsmi açıqlamasını təkzib etsin və heç bir bankın bağlanmayacağını açıqlasın” sualına cavab olaraq iqtisadçı-deputat bildirib ki, bu da mümkündür:“Ola bilər ki, Mərkəzi Bank heç bir bankın bağlanmayacağı barədə qərar qəbul etsin. Amma istənilən halda mütləq açıqlama verməlidir. Bu, əhalinin nigaranlığının aradan qaldırılması üçün vacibdir. Bu, təbii ki, Mərkəzi Bankın səlahiyyətində olan məsələdir.

Düşünürəm ki, Mərkəzi Bank rəsmi olmsa da, banklara vaxt verib ki, nizamnamə kapitalını yığa bilsinlər. 2013-cü ildə də bu hadisə təkrarlandı, qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Sonra təxirə salındı. Artıq 2015-ci ildir. Düşünürəm ki, istənilən şəkildə açıqlama verilməlidir”.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı