Azərbaycan banklarından DOLLAR MÖHTƏKİRLİYİ - Süni şəkildə bahalaşma yaradırlar
Iqtisadiyyat
Oxunub: 748
8 avq 2018 | 17:17
Azərbaycan banklarından DOLLAR MÖHTƏKİRLİYİ - Süni şəkildə bahalaşma yaradırlar















Türk Lirəsinin Dollar qarşısında kəskin dəyərdən düşməsi daxil, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycan Manatına az da olsa yenidən spekulyativ təzyiq yaradıb. Qeyd edək ki, bu təzyiq hələlik güclü deyil.

Marja”ya istinadən xəbər verir ki, bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmovun "ciddi təhdidlər var” açıqlaması da təzyiqin yaranmasının səbəblərindən biridir.

"Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə cox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüməlidir",- Elman Rüstəmov demişdi.

Bankların bir neçə günlük valyuta məzənnələrini müqayisə etdikdə görünür ki, Dollar Manat qarşısında cüzi də olsa bahalaşma meylindədir. Məsələn, bir neçə gün öncə Dolları 1.6980 manata alan banklar alış qiymətini qiymətini 1.70 manata, satışı qiymətini isə 1.7010 manatdan 1.7020-1.7030 manata qaldırıblar.

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

Bir neçə gün öncə Dövlət Neft Fondu İyul ayında İyun ayı ilə müqayisədə valyuta satışının 22% artdığını açıqladı. Belə ki, Neft Fondu tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Fond 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.

Bu gün neftin qiymətinin yüksək olması ilə əlaqədar olaraq Azərbaycanın tədiyyə balansı profisitə malikdir, sadə şəkildə desək ölkəyə daxil olan valyuta kütləsi ölkədən çıxan valyuta kütləsini üstələyir. Bu da Manatın bahalaşması istiqamətində təzyiq yaradır.

Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması, Azərbaycan Manatının məzənnəsinin isə sabit qalması ixracımız üçün əlverişli deyil. Həm xarici bazarlarda Azərbaycanın ixrac qabiliyyəti azalır, həm də ölkəmizə xarici məhsulların idxalı artır. Bu gün marketlərdə bir çox xarici məhsullar yerli istehsal məhsullardan daha ucuz və ya eyni qiymətlərə satılır.

İdxalın artması Azərbaycandan daha çox valyutanın çıxması, ucuzlaşmayan milli valyutaya görə yerli şirkətlərin ixraclarının azalması isə ölkəyə daha az valyutanın daxil olması deməkdir.

Bazarda yaranmış vəziyyət bir çox insanları ehtiyatlı olmağa vadar edib. Hesab edilir ki, yerli istehsalın və ixracatçıların qorunması üçün Manat bir qədər ucuzlaşdırıla bilər. Bu yanaşma ilə əlaqədar olaraq dollar alanlar əvvəlki günlər ilə müqayisədə artıb.

Açıqlamalarına inansaq, Mərkəzi Bank Dollar/Manat məzənnəsini yuxarı istiqamətdə hərəkətə gətirmək niyyətində deyil. Hərraclarda Dollar təklifinin tələbi üstələdiyi bildirilir. Buna baxmayaraq rəsmi Dollar/Manat məzənnəsi 1.7000 manatda qalmaqda davam edir.

Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.

Bəs spekulyativ nə deməkdir? İzahını belə verək: Yaxın gələcəkdə qiymətin artıb-azalmasını təxmin etməyə çalışaraq mövqe alanlara spekulyator, onların apardığı əməliyyatlara isə spekulyativ əməliyyatlar deyilir. Spekulyator bazarda qiymətin ucuzlaşdığını düşünərək alış, yüksələcəyini düşünərək isə satış edir. Spekulyatorların alışları nəticəsində qiymətlər yüksələ, satışları nəticəsində isə düşə bilər.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"