Əhaliyə manat müjdəsi
Iqtisadiyyat
Oxunub: 1 258
3 mar 2015 | 11:18
Əhaliyə manat müjdəsi

Hökumət sosial itkiləri azaltmaq üçün tədbirlər paketi hazırlayır

Azərbaycan Azərbaycan Mərkəzi Bankı bu il fevralın 21-də bir manat üçün müvafiq olaraq 1,05 dollar və 1,195 avro mübadilə kursu təyin edib. Bununla da ABŞ dolları və avro haqqında manatın məzənnəsi 34% və 33,8% düşüb. Manatın qəfildən ucuzlaşması ölkə gündəminə çevrilib və cəmiyyətdə hələ də əsas müzakirə mövzusu olaraq qalır.

Yerli və xarici ekspertlərin fikrincə, Milli Bankın bu addımı bir qrup imkanlı şəxslərin daha da varlanmasına, orta və aşağı təbəqədən olan insanların isə daha da kasıblaşacağına yol açır. Ona görə də əhalinin itkiləri kompensasiya olunmalı, hökumət maaşları, pensiyaları və müavinətləri artırmalıdır. Nazirlər Kabineti istehlak səbətinin dəyəri, minimum əmək haqqı məsələsinə yenidən baxmalıdır.

Onların sözlərinə görə, gəlirlər indeksasiya olunmasa, insanların alıcılıq qabiliyyəti azalacaq, bu da Azərbaycanda sosial problem yarada və yerli istehsala təsir göstərə bilər.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ANS PRESS-ə bildirib ki, manatın devalvasiyası nəticəsində yaranmış vəziyyəti yumşaltmaq və sosial itkiləri azaltmaqdan ötrü hökumət tədbirlər paketi hazırlayır. Yəqin ki, həmin tədbirlərdə manatın devalvasiyasının mənfi nəticələrinin mümkün sahələrdə aradan qaldırılması, digər yönlərdə müəyyən dərəcədə yumşaldılması istiqamətində tədbirlər olacaq.

O deyib: "Ən əsası odur ki, devalvasiya mexanizminin işə düşməsi vasitəsilə 2015-ci ilin dövlət büdcəsinə daxil olacaq əlavə pul vəsaitləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olanlara əvvəlkindən daha çox vəsait ayrılacaq."

Almaniyalı professor Vilfrid Furman da müsahibəsində diqqətə çatdırıb ki, milli məzənnənin ucuzlaşdırılması ixraca şərait yaradır və eyni zamanda idxala yüklənməni gücləndirir. Belə olan halda idxal edilən malların qiyməti qalxır, alıcılıq qabiliyyəti enir, bununla, insanların yaşayış standartları aşağı düşür. Belə addımlarda sosial ölçülər nəzərdən qaçırılarsa, sosial gərginliyə gətirib çıxara bilər. Buna qarşı mütləq diversifikasiyalı iqtisadiyyat yaratmaq lazımdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə mətbuata açıqlamasında yaranmış vəziyyətdə gərginliyi aradan qaldırmaq üçün əhalinin gəlirlərinin indeksasiya edilməsini çıxış yolu hesab edib: "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı, sosial müavinətlər artırılmalıdır, istehlak səbətinin dəyəri yenidən Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir, minimum əmək haqqı kimi göstəricilərin hər biri yenidən işlənməlidir. Özəl sektor isə məcburdur ki, işçilərin əmək haqqını indeksasiya etsin. Əks halda, əmək məhsuldarlığı kifayət qədər aşağı düşəcək, sosial gərginlik insanların iş fəaliyyətinə təsir göstərəcək."

Xatırladaq ki, MDB məkanı ölkələrində milli valyutalar devalvasiya olunub. Neftin qiymətinin düşməsindən Rusiya, Qazaxıstan, Türkmənistan, Venesuela və s. neft və qaz ixracatçısı ölkələrin iqtisadiyyatı əziyyət çəkir. Bu ölkələrin valyutaları ucuzlaşır. Azərbaycan da istisna təşkil etməyib və beynəlxalq trendləri nəzərə alaraq manatın məzənnəsinin düşməsi gözlənilən idi.
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib