Tikintisi başa çatmamış binalardan mənzil almayın – CİDDİ TƏHLÜKƏ
Iqtisadiyyat / Video
Oxunub: 810
3 avq 2018 | 21:55
Tikintisi başa çatmamış binalardan mənzil almayın – CİDDİ TƏHLÜKƏ
















Bir çox ölkələrdə yaşayış üçün nəzərdə tutulmuş binalar (istisnalar olmaqla) tam tikilib başa çatmamış binadakı mənzillərin satışına icazə verilmir. Azərbaycanda isə bu, tam əksinədir. Paytaxtda elə binalar var ki, tam tikilib istismara verilməmişdən mənzilləri satılıb. Bu, azmış kimi, artıq həmin binalarda mənzil alan vətəndaşlar evlərini təmir ediblər, binalarda yaşayış da var.

Son zamanlar yaşayış olmasına baxmayaraq, tam təhvil verilməmiş binalarda bəzi bədbəxt hadisələr baş verir. Canından bezən, yaşamaq istəməyən insanlar rahat şəkildə həmin binalara daxil olaraq intihar edirlər.

Belə hadisələrdən biri ötən müddətdə Yeni Yasamal qəsəbəsində, “Şərur” MTK-ya məxsus 24 saylı binada baş verdi. Sözügedən bina tam təmir edilmədən, insanların istifadəsinə icazə verilib. Blokda qapıların şifrəli olmaması da istənilən hər kəsin binaya daxil olmasına imkan yaradır.

Nəzarətsiz və mühafizəsiz binalarda acıq blok qapıları, hər kəsin çıxıb-düşə biləcəyi damlar, həmçinin binada yaşayan vətəndaşların həyatı üçün də təhlükəlidir.

Sputnik Azərbaycan bildirir ki, tikinti eksperti Elnur Fərzəliyev deyir ki, tikinti təhlükəsizliyi baxımından tam təhvilə hazır olmayan binalarda təmirə və yaşayışa icazə verilməməlidir.

“Bakı şəhərində son 15 ildən üzü bu günümüzə qədər yüzlərlə yeni tikili binalar inşa edilib və inşa edilməkdədir. Əksər binalar tikilib tam təhvil verilsə də, xeyli binalar var ki, tam yaşayışlıdır. Buna baxmayaraq, tikinti şirkətləri hələ də öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir”.

“Alqı-satqı müqaviləsində tikinti şirkətləri binanın hansı müddətə tikilib təhvil veriləcəyi tarixi, təhvil verdikdən sonra qaz, su, işıq və digər kommunikasiya ilə təmin edəcəyi öhdəliklərini öz üzərinə götürür. Günümüzün ən böyük problemlərindən biri də tam yaşayışlı binalarda hələ də təmir işlərinin getməsi və binaların qazla təmin olunmamasıdır” – deyə ekspert əlavə edir.

E.Fərzəliyev bildirir ki, tikinti şirkətləri mənzili satarkən vətəndaş qarşısında digər öhdəliklər kimi mənzilin qazla təmin olunacağı öhdəliyini də götürür: “Lakin təkcə Bakı şəhərində xeyli sayda binalar var ki, sakinlərin şikayətlərinə baxmayaraq, hələ də mənzilləri qazla təmin olunmur. Qazsız binaların sakinləri qazın olmaması səbəbindən hər ay əlavə olaraq elektrik enerjisinə xeyli məbləğdə pul ödəməli olurlar”.

Müsahibimizin sözlərinə görə, ən böyük təhlükələrdən biri də ondan ibarətdir ki, qazsız mənzillərdə elektrik naqilləri artıq dərəcədə yüklənərək sıradan çıxır və bu da istənilən vaxt qısaqapanma və yanğına səbəb ola bilər: “Vətəndaşlar bu cür hallarda Mülkü Məcəllənin əqdlər və öhdəliklər fəsillərindəki maddələri əsas tutaraq, tikinti şirkətlərini məhkəməyə verib, kompensasiya tələb etmək hüququna malikdirlər”.

“Yarımçıq qalmış binalar təhlükə mənbəyidir, 1-2 il sonra qışda soyuqdan, yayda isə istidən korroziyaya uğrayırlar. Bina vaxtında tikilib başa çatmalıdır. Çünki, onun içindəki temperatur, binanın üzlənməsi və s. binanın möhkəmliyinə təsir edir. Bunlar binanın korroziyaya uğramasının qarşısını alır. Amma bina ildən-ilə yarımçıq qaldıqca, təhvil verilmə müddəti uzandıqca, orda aşınma faizi çoxalır” – Fərzəliyev vurğulayır.

Müsahibimiz məsləhət görür ki, vətəndaşlar ancaq tikintisi tam başa çatmış binalardan mənzillər almalıdırlar: “Yarımçıq qalan mənzillər nəinki vətəndaşın cibinə, eləcə də onun gələcəkdə həyat tərzinə təhlükə yaradır. Əgər fikir vermisinizsə, sovet binalarının damı içəridən bağlı olur və oranın açarı ya sakinlərdən birində, ya da binanın komendantında olur. Vacib nəsə olanda ora açılır”.

“Amma indi yeni binaların əksəriyyətində bu, yoxdur. Yəni kim istəsə, dama qalxa bilir. Bu da sakinlər eləcə də, digər vətəndaşlar üçün təhlükəlidir. Məsələn, intihar etmək istəyən insanlar asan şəkildə belə binalara daxil olub, istədiklərini edə bilərlər. Buna görə də, bina istismara verildiyi zaman ilk növbədə damı içəridən bağlanmalıdır” – o, əlavə edir.

Ekspertin dediyinə görə, birinci kommunikasiya xətləri qoşulmalı və liftlər işlək vəziyyətdə olmalıdır ki, yaşayış mümkün olsun: “Ancaq elə binalar var ki, 16-cı mərtəbə tikilir, amma beşinci mərtəbəsində yaşayış var. Belə hallara müvafiq qurumlar icazə verməməlidir”.

Hüquqşünas Fərid Həmidli də mövcud problemi şərh edib. Onun sözlərinə görə, müqavilələrdə çox şey yazılır, amma bu, o demək deyil ki, hamısına əməl edilir.

“Tikinti şirkəti və yaxud da yaşayış kooperativinin yaradıcıları tərəfindən çox vaxt verilən vədlərə əməl edilmir. Ona görə də, birbaşa aydın, şəffaf şəkildə müqavilələr olmalıdır. Sonda əlavələr olmalıdır ki, alıcı nə şərtlər irəli sürür və satıcı bu şərtə necə əməl edəcək” – Həmidli bildirir.

Hüquqşünasın sözlərinə görə, bizdə müqavilələrin əksər formaları, istər kommunal təsərrüfatda, istər də digər sahələrdə çox vaxt birtərəfli olur: “Yəni, istehlakçı üçün şərait yoxdur. Bu, birtərəflilik, boşluq bina tikilib başa çatdıqdan sonra, istismar zamanı üzə çıxır”.

Mütəxəssis qeyd edir ki, tikintisi başa çatmayan bina tam istismara verilənə qədər yaşayışa icazə verilməməlidir: “Bu, insanların sağlamlığı üçün təhlükəlidir. Belə vəziyyətdə tikinti sahəsində hər hansı bir bədbəxt hadisə baş versə, tikinti şirkəti məsuliyyət daşıyacaq”.

“Tikinti şirkəti birmənalı olaraq müqavilədə qeyd etdiyi vaxtda binanı vəd etdiyi kimi təhvil verməlidir. Əgər şirkət bunu bacarmırsa, artıq məsuliyyət başlayır. Sakinlər məhkəməyə müraciət edib, haqqlarını tələb edə bilərlər” – deyə F.Həmidli vurğulayır.
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir