Pulları oğurlanan "Günay Bank"da son durum bəlli oldu - Müştərilər depozitlərini geri çəkir
Iqtisadiyyat
Oxunub: 879
24 iy 2018 | 11:30
Pulları oğurlanan "Günay Bank"da son durum bəlli oldu - Müştərilər depozitlərini geri çəkir














Mətbuatda mənimsəmə olduğu iddia edilən "Günay Bank” ASC 2018-ci ilin 1-ci yarısını 617 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründə olduğundan 7,2 dəfə azdır. "Günay Bank" 2017-ci ilin yanvar-iyun aylarında 4 milyon 474 min manat məbləğində xalis mənfəət əldə etmişdi.



2017-ci ilin birinci yarısında 3 milyon 375 min manat təşkil etmiş faiz gəlirləri 2018-ci ilin birinci yarısında 4 milyon 303 min manat təşkil edib. Müqayisə olunan dövrdə, qeyri-faiz gəlirləri isə 3 milyon 353 min manatdan 4 milyon 831 min manata yüksəlib. Qeyri- faiz gəlirlərinin 3 milyon 38 min manatı valyuta əməliyyatlarından gəlirin payına düşüb.



Xərclər çıxıldıqdan sonra Bankın 3 milyon 916 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 3 milyon 299 min manatı aktivlər üzrə (ehtimal olunan kredit və depozit itkiləri üzrə ) mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından Bankın xalis mənfəəti 617 min manat təşkil edib.



2017-ci ilin birinci yarısında"Günay Bank" 3 milyon 149 min manat əməliyyat mənfəəti əldə etmiş, həmçinin ehtiyatlardan 1 milyon 325 min manat azad olaraq mənfəətə əlavə olunmuşdu. Bu səbəbdən Bankın xalis mənfəəti 4 milyon 474 min manata yüksəlmişdi.



AKTİVLƏRİ AZALIB



30 İyun 2018-ci il tarixində "GünayBank” ASC 181 milyon 695 min manat cəmi aktivlərə, 120 milyon 970 min manat cəmi öhdəliklərə və 60 milyon 725 min manat cəmi balans kapitalına malik olub.



31 Dekabr 2017-ci il tarixində "Günay Bank” 192 milyon 209 min manat cəmi aktivlərə, 131 milyon 931 min manat cəmi öhdəliklərə və 60 milyon 278 min manat cəmi balans kapitalına malik idi.



Ötən ilin sonunda 139 milyon 498 min manat olmuş kreditlər, 30 İyun 2018-ci il tarixində 147 milyon 734 min manata yüksəlib. Nağd vəsaitlər isə 15 milyon 748 min manatdan 19 milyon 683 min manata qalxıb.



Aktivlərin azalmasının səbəbi 6 ay ərzində Mərkəzi Bankda müxbir hesabdakı vəsitin 31 milyon 136 min manatdan 3 milyon 90 min manata, "Nostro" hesabların isə 12 milyon 954 min manatdan 811 min manata geriləməsidir.



"Günay Bank" maliyyə institutlarının depozitlərindən qaytarıb. 6 ay ərzində Banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri 15 milyon 476 min manatdan 5 milyon 209 min manata düşüb. Bankın digər passivləri də azalıb.



Mətbuat "Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun Bankın pullarını mənimsədiyini yazmışdı.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib