“Mənzillərin qiyməti bir az da enəcək” - Ekspert
“Devalvasiyanın daşınmaz əmlak bazarına təsiri haqqında danışmaq hələ tezdir”
Azerinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu modern.az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib: “Lakin birmənalı demək olar ki, hazırda bazarda qeyri-müəyyənlikdir. Satıcı və alıcı kənara çəkilərək hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir. Yəqin ki, bu vəziyyət 2-3 həftə çəkəcək”.
Bu sahədə bahalaşmadan söhbət düşərkən baş direktor bunu cəfəngiyyat adlandırıb: “Bunlar cəfəngiyyatdır. Yeni qiymətlər bazarda yoxdur. Ümumiyyətlə, bazarda qiyməti alıcı formalaşdırır. Qiymət alıcının cibindəki pula uyğun dəyişir. Bir sözlə, satılan əmlaka alıcı nə qədər pul ödəməyə hazırdırsa, qiymət də bundan asılı olaraq müəyyənləşir. İndiki halda isə alıcının ödəmə qabiliyyətində artım yoxdur, əksinə azalma var. Yəni yaxın müddətdə qiymətlərin artacağı cəfəngiyyatdır”.
Torpaq bazarındakı vəziyyətə gəldikdə, Nüsrət İbrahimov burda da bahalaşma olduğunu birmənalı şəkildə rədd edir: “Ümumiyyətlə, qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil. Bu, uzunmüddətli prosesdir. Yəni bazarda qiymətlərin artımı daxildə potensial alıcıların gəlirlərinin artımı, eləcə də ətraf region ölkələrdə gedən proseslərlə bağlıdır.
İnvestorlar isə bu bazara yalnız qiymətlər uzunmüddətli artanda vəsait yatırırlar. Bu gün qiymət artımı üçün münbit şəraitdən hələlik çox uzaqdayıq. Onu da yaddan çıxarmayaq ki, Mərkəzi Bank sığortalanan depozitlərin faiz dərəcəsini 12 faizə qaldırdı.
Deməli, hələlik (manatın məzənnəsində ehtimal olunan azalmalar nəzərə alınmasa) bank depozitləri daha cəlbedici görünür. Bu isə o deməkdir ki, yaxın gələcəkdə depozitləri banklarda qalan əhali pullarını banklardan çıxarıb daşınmaz əmlaka yatırmaqda ehtiyatlı olacaqlar”.
Ekspert manatın məzənnəsində artım olmayacağından investorların bir qisminin daşınmaz əmlaka vəsait yatırmaqda maraqlı olacağını da istisna etmədi: “Digər tərəfdən, 2015-2016-cı illərdə neft birjalarında qiymətin və manatın məzənnəsinin artacağı ehtimalı çox azdır. Bu baxımdan ehtiyatlı investorlar əllərində qalan pul kütləsinin bir hissəsini daşınmaz əmlak bazarına yatırmaqda maraqlı olacaqlar. Çox güman ki, bu yatırım əsasən ilkin mənzil və kommersiya obyektləri bazarına olacaq. Deməli, təkrar mənzil bazarında uzunmüddətli dövrdə (2015 və 2016-cı ilin I yarısında) qiymətlərin azalma ehtimalı daha böyükdür. İlkin bazarda isə qısa müddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır, 2016-cı ilin II yarısında isə növbəti qiymət artımını gözləmək olar.
“Tikinti materiallarının qiymətinin də bahalaşması torpaq bazarına təsir edibmi” sualına cavab olaraq mütəxəssis qeyd edib ki, hələlik bizim bazada yeni qiymətlər yoxdur və satıcılar çaşqın vəziyyətdə hadisələrin axarını gözləyirlər.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı