“Qiymətlərlə bağlı nazirlə danışdım” - Parlamentdə manat müzakirəsi +Yenilənir
Milli Məclisin bugünkü plenar iclasında Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərara münasibət bildirilib.
Azerinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı çıxış edən millət vəkili Fərəc Quliyev bildirib ki, bu qərardan bəzi qüvvələr istifadə edirlər: "Manatın daha da dəyərdən düşməsinə çalışırlar. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Hökumət antiböhran proqramı işləməlidir. Bazarda qiymət artımının qarşısını almaq hələlik mümkün deyil. Amma süni qiymət artımının qarşısı bu və ya digər şəkildə alınmalıdır. Bununla bağlı İqtisadi siyasət komitəsi tərəfindən dinləmələr keçirilməsi yaxşı olardı”.
***
Milli Məclisin bugünkü plenar iclasında Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərar ətrafında müzakirələr davam edir. Bu məsələ ətrafında növbəti çıxış edən millət vəkili İqbal Ağazadə olub. O qeyd edib ki, “Mərkəzi Bank haqqında” qanunun 28.1 və 28.2 maddələrində qeyd olunur ki, Mərkəzi Bank dekabrın 31-də gələn ilin dekabrın 31- nə qədər əhalini manatın durumu ilə məlumatlandırmalıdır, yəni maarifləndirilməlidir:” Ötən il dekabrın 31-də Mərkəzi Bank press reliz yaydı ki, növbəti ilin 31 dekabrına qədər manatın məzənnəsi ilə bağlı ciddi dəyişiklik olmayacaq. Ancaq Mərkəzi Bankın gələn il verdiyi proqnozu cəmi 50 gündən sonra bu qərarı qəbul etdi, əhalini aldadıb. Əhaliyə ciddi ziyan vurub. Süni şəkildə qiymətləri qaldırırlar deyə, İqtisadiyyat və Sənaye Nazirliyi hansısa mağazanın, supermarketin üzərinə gedir. Bir gündə manatı 34 faiz ucuzlaşdıran Mərkəzi Bank kimin üzərinə gedə bilər ki? Necə ola bilər ki, vətəndaşın bu şəkildə cibinə girilə bilər Bu gün ölkə əhalisini narahat edən ən ciddi problemlərdən biri budur. Banklardan qoyduğu 7 milyard pulun 3 milyardına ziyan vurulub. Bunun kompenasasiyası ödənilimir, maaşlar indeksasiya olunmur. İdxal məhsullarının böyük əksəriyyəti xaricdən gəlir. Bahalaşamağa görə 34 faiz ziyana düşmüş vətəndaşa kompensasiya ödənilməlidir”.
Spiker Oqtay Əsədov millət vəkilərinin fikirlərini əsassız adlandırıb: “ Əhalinin banklardakı 7 milyard vəsaitinə ziyan dəyməsi ilə bağlı deyilənlər tamamilə yalandır. Elə son bir iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Həm də ki dünyada çoxlu proseslər gedir. Bilmək olmur ki sabah nə olacaq. Həmçinin nəzərə alaq ki, Azərbaycan müharibə vəziyyətindədir. Ona görə də bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o düzdür ki, bəzi mağaza supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışırlar. Hesab edirəm ki, bu yol verilməzdir. Çünki ölkədə satılan məhsulların 70 faizi öz daxilimizdə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalyasiyasından öncə alınıb, indi niyə qiymətləri qaldırırlar?”
YAP-dan olan millət vəkili Siyavuş Novruzov da spikerin müdafiəsi mövqeyindən çıxış edib. Deputat həmkarını populizmlə məşğul olmaqda ittiham edib:”Bu məsələdə populizmə ehtyac yoxdur. Hökumət özü də mart ayının hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək”.
***
Deputat Vahid Əhmədov bildirib ki, iqtisadiyyatdan başı çıxmayanlar durub iqtisadi siyasətdən danışırlar, bu düzgün deyil: "Bəli, manatın devalvasiyası labüd və zəruri idi, amma bunun yolları var idi. Birdən-birə manatı 33 faiz devalvasiya etmək doğru deyildi. Parlamentdə İqtisadi siyasət komitəsinin üzvüyəm və tez-tez Mərkəzi Bankla əlaqə saxlayıram. Onlar mənə iki gün öncə məlumat verdilər ki, manatın məzənnəsi 85- 90 fazidən artıq olmayacaq. Ancaq Mərkəzi Bank sözünün üstündə durmadı, manatı 33 faiz devalvasiyaya uğratdı. Bazarda süni qiymət artımı ilə bağlı ciddi tədbirlər görülməlidir”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu məsələdə həm obyektiv, həm də subyektiv səbəblər var. Hansısa ajiotaja görə hökumətin uzun illər apardığı siyasəti kölgə altına salmaq düzgün deyil.
Müzakirələrdə son olaraq yenidən çıxış edən spiker Oqtay Əsədov bildirib ki, hesab edirəm ki, ərzaqların qiymətlərinin qalxmasına imkan verilməyəcək. Mən dünən İqtisadiyyat və sənaye naziri ilə də bu barədə danışmışam.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı