Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı – ŞOK TƏFƏRRÜAT
Iqtisadiyyat
Oxunub: 933
20 in 2018 | 11:44
Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı – ŞOK TƏFƏRRÜAT















Etibar Əliyev Əli Kərimlinin 500 min dollarlıq hesabını xilas edərkən yaxalanıb və cəzalandırılıb

Bir vaxtlar Etibar Əliyevin adı ölkə mediasında tez-tez hallandırılırdı. Onun haqqında qəzetlər, saytlar vaxtaşırı yazardılar.

Minval.info xəbər verir ki, Etibar Əliyevin ən güclü vaxtları “Texnikabank”ın Müşahidə Şurasının sədri olduğu dövrlər idi. Adam pula pul demirdi. Nəzarətində yüz milyonlarla dollar-manat vardı. Şans bu balacaboylu, hikkəli, ədabaz adamın üzünə gülmüşdü. Bazarlarda parça satan Etibar bank sahibi olmuşdu. Mühafizəylə gəzməyə başlamışdı. Dünyaya AA seriyalı bahalı maşınların pəncərələrindən baxmağa başlamışdı. Qəbul otağında “mini yubkalı” sarışın katibələr otururdu, qorumalara arxayın olub sözün əsl mənasında lotuluq edirdi, villalarda, saraylarda yaşamağa başlamışdı. Bir sözlə, adam özü də gözləmədən yağ-bal içinə düşmüşdü. Bu cür görməmiş, savadsız, həris birinin üzünə-gözünə bulaşdırmayacağı mümkün deyildi.

Etibar Əliyev o qədər varlanmışdı, o qədər güclənmişdi ki, gözü ayağının altını seçməz olmuşdu. Artıq adam siyasətə könül vermişdi. Birdən elə zənn edərsiz o, deputatlıq sevdasına düşüb? Yox. Nə danışırsız? Etibar hara, deputatlıq hara. O, deputatları qəbul otağında gözlədəcək qədər güclü bir fiqura çevrilmişdi. Bəlkə nazir olmaq keçirmiş ürəyindən? Əsla! Əksər nazirlər onunla “çerez katibə” danışmaq şərəfinə nail olanda, özlərini xoşbəxt sayırdılar. Etibar Əliyev çox az adamla bir başa, mobil telefondan əlaqə qurardı. Onunla danışmaq istəyən əksəriyyət qəbul otağına zəng edirdi.


Etibar Əliyev iqtidar olmaq (!) istəyirdi. Bəli, bəli. Məhz iqtidar olmaq. Artıq bankirlik onu sıxırdı. Nə qədər obyekt almaq, torpaq sahibi olmaq, xaricdə otel, restoran tikdirmək olardı?! Bunlar daha ona “kayf” vermirdi. O, daha böyük hədəflər müəyyən etmişdi özü üçün. Arxasında kifayət qədər gücü, dəstəyi, sərəncamında yüz milyonlarla vəsaiti olan adam niyə bu cür riskli fikrə düşsün? Bu sualın cavabı türmələrdə çürüyən sabiq nazirlərin talelərinin timsalında dəfələrlə verilib. Amma nə yazıq ki, kimsə başına öz ağılsızlığı və gerizəkalılığı ucbatından müsibətlər gələn qardaşının taleyindən ibrət götürməyib. Bizim bu bədbəxt ölkədə həmişə belə olub. Cibinə beş manat para girən adam siyasət virusuna yoluxur. İş adamı deputatlıq eşqinə düşüb. Deputat nazir olmaq istəyib. İcra başçısı komitə sədrliyi uğrunda vuruşub. Nazirlər baş nazir olmaq həvəslənib. Bəzən də prezident olmaq üçün alt-altdan iş görüblər. Sonları da qismətləri ya mühacirət olub, ya türmə. Bizim qəhrəmanımız da belələrindəndir. Görməmişlik, hərislik onu çox qorxulu yollara saldı. Etibar Əliyev iqtidar olmağın yolunu öz aləmində tapmışdı. Hazırkı hökumətdə öz yerini görə bilmədiyi üçün və mövcud iqtidardan narazı qaldığına görə (guya bu, daha böyük postlara layiq imiş, baş nazir ola biləcək qabiliyyəti varmış, lakin nəzərə alınmayıb filan) acığını, siyasi hərisliyini soyutmaq üçün həyatının ən böyük yanlışının əsasını qoyur.



E.Əliyev illər öncə gizli şəkildə siyasi müxalifətlə əlaqələr qurmağa başlayıb. Hakimiyyətin bir nömrəli düşməni olan AXCP sədri Əli Kərimli ilə ittifaq quran Etibar Əliyev getdikcə bu əlaqəni daha da intensivləşdirib. Zamanla o, Ə.Kərimlinin əsas maliyyəçilərindən biri olub. İndiyədək ölkə mətbuatında Əli Kərimlinin “Texnikabank” üzərindən reallaşdırdığı əməliyyatlara dair dəqiqliyi şübhə doğurmayan məlumatlar yayılıb. Virtualaz.org saytı bu mövzuda indiyədək bir neçə sanballı məqalə dərc edib. Oradakı rəqəmlərlə tanış olduqda, adamı dəhşət bürüyür. Həmin yazının linkini təqdim edirik. http://virtualaz.org/bugun/9662



Əli Kərimli-Etibar Əliyev iş birliyi o qədər inkişaf etmişdi ki, ikinci, birincinin qaynını öz bankında yüksək vəzifəyə işə götürmüşdü. Təsəvvür edin, hakimiyyətin əsas rəqibi, iqtidarın bir nömrəli düşməni olan bir siyasi liderin qaynını Etibar öz bankına filial müdiri vəzifəsinə təyin etmişdi. Kərimli ailəsinin bütün qara maliyyə əməliyyatları da bu bank üzərindən gerçəkləşdirilib. Bu, yuxarıda linkini təqdim etdiyimiz yazıdan da açıq görünür. Etibar Əliyevin biabırçı formada həbs edilməsi, bankının əlindən alınması da onun iqtidara xəyanətinə görə idi. Hansı ki, o, məhz bu iqtidarın hesabına milyarderə çevrilmişdi. E.Əliyevin hakimiyyətə arxadan süngü soxaraq Əli Kərimlıinin qucağına düşməsi ona baha başa gəldi. Öncə azadlığını itirdi, ardınca bankını, ən əsas da etibarını, etimadını.



E.Əliyev 2015-ci ilin dekabrında yenidən “Texnikabank”a qaytarıldı. Ona verilmiş ikinci şansdan da yararlana bilmədi. O, Əli Kərimlinin bankdakı 500 min dollarlıq hesabını bu basa-basda qaytarmaq istəyərkən suç üstə yaxalandı. Bəli, Etibar Əliyev öz ayağısürüşkənliyini növbəti dəfə sübuta yetirdi. Onu Allah bilir neçənci kəs həyatın dibindən çəkib çıxaranlara xəyanət etdi.



Bəs Əli Kərimli 500 min dollarlıq hesaba necə sahib olmuşdu? Mümkündür ki, bu vəsaitlər Azərbaycanda inqilab edərək, qeyri-seçki yolu ilə iqtidara gəlmək istəyən güclərin AXCP sədrinə yatırdığı investisiya olsun.

Mövzunu davam etdirəcəyik.

Minval.info
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı