Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: - Mikayıl Cabbarovun gücü çatmır?
Iqtisadiyyat
Oxunub: 718
7 in 2018 | 17:17
Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: - Mikayıl Cabbarovun gücü çatmır?
















Uzun illər Azərbaycanın Vergilər naziri postunu tutan Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mediada bəzi maxinasiyalar etdiyi barədə məlumatlar yayıldı. Yayılan məlumatlarda Fazil Məmmədovun rəhbərlik etdiyi “çete”nin dövlətin 4 milyard manatını oğurlanaraq xaricə daşımasından tutmuş, ölkədə fəaliyyət göstərən sahibkarlarla, xüsusən də iri vergi ödəyiciləri ilə Eldar Mahmudovsayağı “işbirliyində” olduğu deyilirdi.
Yeni Vergilər naziri təyin olunan Mikayıl Cabbarovun qısa zaman ərzində nazirlikdə neqativ fəaliyyətlə məşğul olan, adları müxtəlif maxinasiyalarda hallandırılan nazirliyin işçilərini vəzifədən azad etməsi və eyni zamanda sahibkarlığın inkişafına yeni stimul verəcək islahatların aparılacağını bəyan etməsi və bu istiqamətdə müəyyən addımlar atması ölkə sahibkarlarında yeni ümidlər oyatmaqdadır. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır. Nazirlik içindəki bilgili şəxslərin cumhuriyyet.az-a verdiyi məlumatda indiki nazirin kadr dayişikliklərinə “stop” deməsinin səbəbi sələfi ilə eyni komandada olması və bəzi vergi məmurları ilə keçmişə dayanan münasibətlərlə əlaqələndirilir. Hazırkı nazir Mikayıl Cabbarov tez-tez media önünə çıxaraq vergi strukturlarında islahatların yaxın illərdədə davam edəcəyini və ölkəmizdə fəaliyyət göstərən yerli, əcnəbi sahibkarlara qarşı sələfinin dövründə baş verən haqsızlıqların təkrarlanmayacağını dilə gətirir.
Ancaq son aylar mətbu orqanlarda ölkənin müxtəlif bölgələrindən bəzi sahibkarların yenədə vergi məmurları tərəfindən sıxışdırılması ilə bağlı müxtəlif şikayətlər işıqlandırılır. Cumhuriyyət.az olaraq media üzərindən apardığımız araşdırmalar istinadən bildirik ki, son 4 ayda ölkə mətbuatında sahibkarların şikayəti daha çox Vergilər nazirliyi yanında və buna görə İri Vergi Ödəyiciləri ilə İş İdarəsi ilə bağlıdır.
Bu idarənin Vergilər nazirliyində ən strateji və kilid qurum olduğu hər kəsə bəllidir. Ölkə mediasında İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəhbərliyinin bir çox sahibkarları köhnədə olduğu kimi “soyub soğana” çevirmələri barədə davamlı məlumatlar verilir. Həmin məlumatlarda vurğulanır ki, nazirliyin strateji bir idarəsində sabiq nazir Fazil Məmmədovun dövründə olan “adət ənənə” yenədə davam etdirilir. Köhnə “adət-ənənənin” adı çəkilən qurumda davam etdirilməsi əsas səbəblərindən biri isə İri Vergi Ödəyiciləri ilə İş İdarəsiin rəhbərliyində sabiq nazir Fazil Məmmədovun komandasının qalmasıdır. Oxucularımız üçündə maraqlı olar ki, niyə hazırkı nazir Mikayıl Cabbarov sələfinin komandasını bu idarədən uzaqlaşdırmayıb? Bu suala cavab tapmaq üçün isə cumhuriyyət.az olaraq media üzərindən təkzib olunmayan məlumatlara istinadən apardığımız kiçik bir araşıdrmalarda çox ilginc detallara vardıq.
Belə ki, Vergilər nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş İdarəsinə rəhbərlik edən Vüsal İsmayılov sabiq nazir Fazil Məmmədovun dövründə bu vəzifəyə təyinat alıb.Vüsal İsmayılovun bu təyinatında baş rolu sabiq nazirin ən “kilid” adamlarında olan, müaşaviri Mahir Rəfiyev aparıb. Məlumata görə Mahir Rəfiyevlə Vüsal ismayılov həmkəndli olmaqla bərabər həmdə qohumdurlar. Ancaq Mikayıl Cabbarov nazir təyin edildikdən sonra Fazil Məmmədovun “kilid” adamlarının kadrları nazirlikdən uzaqlaşdırsada Mahir Rəfiyevin qohumu Vüsal İsmayılova “gözün üstəq aşın var” deyən olmayıb. Çünki İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəisinin Mahir Rəfiyefdən sonrada himayədarı tapılıb və buna görədə Vüsal İsmayılov öz işini rahat şəkildə görməkdə davam edir.
Apardığımız araşdırmalrda məlum oldu ki, Vüsal İsmayılovun Vergilər nazirliyindəki yeni himayədarı nazir Mikayıl cabbarovun xalası oğlu həmdə müşaviri Elnur Əliyevdir. Elnur Əliyevin idarə rəisinə himayədarlıq eləməsinin səbəbinə gəlincə nazirin xalası oğlunun Vüsal İsmayılovun rayonu olan Neftçala rayonu ilə qohumluq bağlılığı və Mahir Rəfiyevlə yaxşı münasibətlərinin olması göstərilir. Onuda qeyd edək ki, mediada yayılan məlumatlara görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə 200 min manat “şirinlik” alıb. Həmin pulu Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir. Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"