İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması: dollar üçün dəstəkləyici faktorlar - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 533
5 in 2018 | 16:15
İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması: dollar üçün dəstəkləyici faktorlar - TƏHLİL
















ABŞ-da işsizlik səviyyəsinin dərc edilməsi bu göstəricinin ölkə tarixində 2000-ci ildən bəri ən aşağı həddə düşdüyünü açıqladı. Belə ki, işsizlik may ayında 281 min nəfər azalaraq 6.07 milyona çatdı (3.9% planlaşdırılan işszlik 3.8% həddində açıqlandı).

Qeyd edək ki, ABŞ-da 1948-ci ildən 2018-ci ilə qədər olan orta işsizlik həddi 5.78%-dir.

Digər tərəfdən 94.156 səviyyəsində olan dollar indeksi ilin başlanğıcından bəri olan ən yüksək səviyyəsini yaşayır.

“Report”un analitik qrupu qeyd edir ki, bu il dollar indeksinin artımını dəstəkləyən əsaslı səbəblər mövcuddur. Təbii ki, bu səbəblərin ən birincisi ABŞ istiqrazlarının faiz dərəcələrinin psixoloji hədd sayılan 3%-i keçməsidir. Məhz bu səbəbdən investorların ABŞ iqtisadiyyatına olan marağı digər ölkələrə nisbətən artıb. Bu isə öz növbəsində dollar üçün dəstəkləyici faktordur. Lakin burada işsizlik göstəricisi kimi ABŞ iqtisadi göstəricilərinin rolunun olmasını, inflyasiya gözləntiləri fonunda FED-in uçot dərəcəsini artırması ilə əlaqədar bazarın yenidən canlanması faktorlarının da dolların dəyəri üçün pozitiv şərait yaratdığını vurğulamaq olar.

Dollar indeksinin son bir illik qrafiki:

İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması: dollar üçün dəstəkləyici faktorlar - TƏHLİL

Eyni zamanda, Venesuela və Meksikanın neft istehsalat həcmlərinin azaltması fonunda neft qiymətlərinin qalxması və bu sahənin ölkə üçün olduqca gəlirli olması da ABŞ iqtisadiyyatını, dolayısı ilə də dolları qısa müddətdə dəyərləndirən faktorlardandır.

Baş verən hadisələrin fonunda ABŞ səhm indeksləri də dəyər qazanıb. Məsələn, S&P500 indeksinin səviyyəsi ötən gün 1.08%, Dow Jones Sənaye ortalaması 0.9%, Nasdaq indeksi 1.51% artıb.

Digər tərəfdən son dövrlərdə avro ilə məzənnə nisbətlərində dolların xeyrinə dəyişiklik müşahidə edilir. Belə ki, EUR/USD kursu ötən günlərdə 1.15-ə qədər azalmışdı. Nəzərə alsaq ki, yaxın zamanda dollar təkcə avro qarşısında deyil, digər məzənnələr qarşısında da dəyər qazanır, onda biz yaxın zamanlarda dolların dəyər qazanmasını təmin edən bir neçə faktorun əsasən ABŞ iqtisadiyyatı ilə bağlı olduğunu görə bilərik.

Bununla bərabər avronun performansındakı zəiflik həm də son dövrlərdə avro zonasında baş verən siyasi və iqtisadi probləmlərin biruzəsidir. Buraya uzun müddətdir davam edən Brexit müzakirələri, Almaniyada Deutche bank böhranı, İtaliya və İspaniyada baş verən siyasi gərginlinklərin fonunda avro zonasının riskinin artması ilə bərabər pul vahidinə olan inamın qısa müddətli azalması faktorlarını aid edə bilərik.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"