Banklar haradan və necə qazanır...
Iqtisadiyyat
Oxunub: 582
5 in 2018 | 15:17
Banklar haradan və necə qazanır...
















Son vaxtlar banklarda kreditləşmənin həcmi bir qədər artıb. Hətta bir çox banklar bununla bağlı kampaniyalar keçirirlər. Lakin bir çox hallarda söhbət qısamüddətli, yüksək faizli istehlak kreditlərindən gedir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı son statistikaya əsasən, bu ilin mayın birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 422,6 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 173 mln. manat və ya 1,54% artım deməkdir. Ümumilikdə isə, bir il ərzində banklar kreditləşməni 3 mlrd. 611,4 mln. manat və ya 24% azaldıb.

Bu il mayın 1-nə olan məlumata görə, Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 958,1 mln. manat təşkil edib ki, bu, mart ayının göstəricisi ilə müqayisədə 1,44%, ötən ilin analoji dövrü ilə müqayisə isə 1,04% çoxdur. Cari ilin aprel ayında əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 813,5 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 3,1% və ya 233,4 mln. manat çoxdur.

Göründüyü kimi, banklara əmanət qəbulunda da yüksəliş nəzərə çarpır. Bəs görəsən, banklar həm əmanətlər üzrə ödənişləri, həm də digər xərclərini idarə etmək, əlavə gəlir əldə etmək üçün hansı yollara baş vururlar? Kreditləşmənin hələ də lazımi səviyyəyə çatmadığını nəzərə alsaq, hazırda bu kommersiya qurumlarının əsas gəlirləri haradandır?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bir ildən artıqdır banklar böyük bir valyutadəyişmə məntəqəsinə çevrilib: “Onların əsas gəlir mənbəyi valyuta alqı-satqısıdır. Turizmlə bağlı olaraq ölkəyə gələnlərin sayının artması banklara valyuta əməliyyatlarından gəlir götürməyə imkan yaradır. Valyutanın alışı ilə satışı arasındakı fərq də əvvəlki dövrlərə nisbətən genişdir. Bu mənada banklar valyuta əməliyyatlarından müəyyən qədər vəsait qazanırlar. Valyutadəyişmə məntəqələrinin kütləvi şəkildə bağlanması və müvafiq qərarın verilməsinə baxmayaraq, hələ də açılmamasının səbəblərindən biri də odur ki, banklar bunda maraqlı deyillər”.

N.Cəfərlinin sözlərinə görə, bankların digər ənənəvi gəlir sahəsi kreditləşmədir: “Bu sahədə artıq 3 ildir ki, problemlər davam edir, kreditlərin həcmi ilbəil azalır. Yeganə olaraq, ötən ilin sonundan başlayaraq istehlak kreditlərində az da olsa artım müşahidə olunur ki, bu da banklara müəyyən qədər ayaqda qalmağa və gəlir əldə etməyə kömək edir”.

İqtisadçı banklar üçün üçüncü gəlir istiqaməti kimi Mərkəzi Bankın keçirdiyi repo-hərracları qeyd elədi: “Bankların ayaqda qalmasının ən böyük səbəblərindən biri də budur. Çünki həftəlik repo-hərraclar zamanı banklar kifayət qədər yüksək faizlə Mərkəzi Bankın qısamüddətli qiymətli kağızlarında öz vəsaitlərini yerləşdirirlər. Sonra isə heç bir risk olmadan həmin qiymətli kağızları növbəti hərracda sataraq və ya Mərkəzi Banka geri verərək, illik 13-14 faiz divident qazanırlar. Qiymətli kağızlar qısamüddətli olduğuna görə faiz aşağı düşür, ancaq banklara kifayət qədər stabil bir gəlir gəlir”.

N.Cəfərli hesab edir ki, son vaxtlar bankların durumundə nisbətən müsbət göstəricilər qeydə alınsa da, əsas problemlər qalmaqdadır: “Əslində isə banklar iqtisadiyyatın qan-damar sistemi olmalı, əsas hərəkətverici qüvvəsinə çevrilməlidir. Azərbaycanda isə bank sistemi yarımcan vəziyyətdədir. Bank sistemi əsas funksiyası olan iqtisadiyyatın kapitalla təmin edilməsi funksiyasını yerinə yetirə bilmir. Həm problemli kreditlərin həcmi kifayət qədər yüksəlib, onları geri qaytara bilmir. Həm kredit şərtlərini sərtləşdirib, kredit verə bilmir. Faizlər yüksək olduğu, iqtisadi aktivlik isə bir o qədər yüksək olmadığı üçün sahibkarlara da, adi vətəndaşlara da yüksək faizlə borclanmaq sərf eləmir. Ona görə də bankların durumu kifayət qədər ağırdır. Beynəlxalq reytinqlərdə Azərbaycan bankları kifayət qədər aşağı səviyyələrə düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, bankların fəaliyyətində problemlər var. Bu problemlər həll edilmədən bank sektoru iqtisadiyyatda əsas oyunçuya çevrilə bilməyəcək”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"