Elman Rüstəmovun daha bir fiaskosu... - Baş bankiri dəyişmə zamanı çoxdan yetişib...
Iqtisadiyyat
Oxunub: 918
15 may 2018 | 15:47
Elman Rüstəmovun daha bir fiaskosu... - Baş bankiri dəyişmə zamanı çoxdan yetişib...
















İqtisadiyyatımızın heç cür sabit relslər üzərinə düşə bilməməsi, inhisarçılığın hələ də tüğyan etməsi və digər neqativ tendensiyaların mövcudluğu ölkədəki məmur oliqarxiyasının "uğurları” siyahısına daxildir. Strateji pozisiyalardan olan bank sektoru da bu eybəcər mühitin "əsərlərindən” sayıla bilər. Hansı bankı tərpətsəniz, arxasından hamımızın tanıdığı simalar çıxacaq. Ancaq rəsmi olaraq, bu bankların həmin məmurlarla hər hansı bağlantısını tapmaq çox vaxt mümkünsüz olur. Necə ki, "Bank Respublika”nın Elman Rüstəmova aid olduğu barədə uzun müddət mətbuatda yazılar getsə də, bunun rəsmi təsdiqi yoxdur…
Əldə etdiyimiz məlumata görə, "Bank Respublika” da ümumilikdə bank sektorunu bürümüş tənəzzüldən kənarda qala bilməyib və bankın təcili olaraq, 20 milyon manata ehtiyacı yaranıb ki, bu da nizamnamə kapitalının artırılması ilə bağlıdır. Bankın E.Rüstəmova aid olduğuna çoxlarının şübhəsi olmasa da, rəsmi olaraq, onun səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), "Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), "Sparkassen International Development Trust” (8,33%) və digərləri sayılır.
Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir

Siyahıdan göründüyü kimi, səhmdarlar arasında alman şirkəti də var və bizdə olan məlumata görə, sözügedən məbləğin 10 milyonu bankın gerçək "xozeyin”i tərəfindən tapılsa da, qalan 10 milyonu üçün almanlara müraciət edilib. Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir və bank rəhbərliyi heç cür avropalılardan müsbət cavab ala bilmir. Bu isə "Bank Respublika”nı qeyri-müəyyən, onun sahibini isə diskomfort duruma salıb. Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir və bu da onsuz da durumu birmənalı olmayan bankı daha da çətinə salır.
Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl bankın idarəçiliyində kadr dəyişiklikləri olub və rəhbərliyə əvvəllər "AccesBank”da çalışmış mütəxəssislər gətirilib. Nəticədə personal sayı və əmək haqları da artırılıb ki, bu da bankın xərclərini biraz da artırıb. Ancaq bizdə olan məlumata görə, buna baxmayaraq, sözügedən bank ilin birinci rübünü gəlirlə qapada bilib. Lakin gəlirliliyi davamlı etmək üçün yuxarıda deyildiyi kimi, ən azı əlavə 20 milyona mütləq ehtiyac var.
"Bank Respublika” ilə "Rabitəbank”ın sevdası niyə baş tutmur?
Bank sektorundakı mənbələrimiz deyir ki, vəziyyətdən çıxış yolu kimi, "Bank Respublika”nın "Rabitəbank”la birləşməsi variantı da nəzərdən keçirilir. Lakin burada da kompromisə gəlmək müşkül görünür. Belə ki, "Rabitəbank” maliyyə baxımından kifayət qədər dayanıqlı olsa da, müştəri və əməliyyat sayı sarıdan "Bank Respublika”nın daha üstün olduğu bildirilir. Deməli, pul "Rabitəbank”da, gəlirli bank əməliyyatları isə "Bank Respublika”dadır. Deyilənə görə, elə razılığa gəlməyən də baş bankirin olduğu iddia edilən bankdır. Nəticədə sözügedən bank müstəqilliyini saxlamaq istəyindən və əməliyyatlardan daxil olan gəlirləri bölüşməmək fikrindən vaz keçmək istəməsə də, pul tapmaqda çətinlik çəkir.
Məntiqlə patronu baş bankir olduğu deyilən bir bank üçün 20 milyon böyük məbləğ sayılmamalıdır. Lakin son zamanlar mətbuatda E.Rüstəmov barədə yazılanlara diqqət yetirsək, maliyyə sıxıntısının səbəbləri aydınlaşar. Belə ki, hələ birinci devalvasiyadan bir neçə həftə öncə E.Rüstəmovun Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu iddia edilir ki, bu da o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir. Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün "Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. İndi ola bilməz ki, bu vəsaitin hesabı sorulmasın…

Bundan əlavə, yenə mətbuatda E.Rüstəmova aid olduğu deyilən "Subaru”, "Honda”, "Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də "Səba” ASC, Bakı İnvest Holdinq”, "Bakı Sığorta” kimi şirkətlərin də durumu o qədər ürəkaçan deyil. Bütün bunları üst-üstə gəldikdə maddi sıxıntının səbəbləri barədə müəyyən təsəvvür yaranar.
Digər bir iddiaya görə isə E.Rüstəmovun Gürcüstandakı tikinti biznesinə Neft Fondunun rəhbəri Şahmar Mövsumovun qardaşı Şahin Mövsumov da şərikdir.Bildirilir ki, E.Rüstəmovun kadrı sayılan Ş.Mövsumovun qardaşı ortaqlıq üçün ortaya 100 milyon dollar qoyub.Bu vəsait isə artıq ləğv olunan "Bank Standard”dan girovsuz (!) götürülüb və geri qaytarılmayıb. Və maraqlıdır ki, bütün bu 100 milyonlarla dollarlıq iddialarla bağlı sözügedən şəxslər tərəfindən heç bir rəsmi açıqlama verilmir.

Göründüyü kimi, bir-bir müflisləşən və zərəri dövlətə ödətdirilən bankların yüz milyonları havada uçuşur. Bank sektorunun vəziyyəti isə düzəlmir ki, düzəlmir və hətta baş bankirin belə adı müxtəlif çirkli maxinasiyalarda hallanırsa, bu gedişlə düzələn də deyil…
AzPolitika.info
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”