Yeni baş nazirdən siqaretlə bağlı QƏRAR
Iqtisadiyyat
Oxunub: 839
3 may 2018 | 13:00
Yeni baş nazirdən siqaretlə bağlı QƏRAR














Tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzular tədris proqramlarına daxil ediləcək, məsləhət üçün "Qaynar xətt” yaradılacaq
Nazirlər Kabineti "Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edib.

APA-nın məlumatına görə, bu sənəd tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edir.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

- tütündən istifadənin insan sağlamlığına zərərli təsiri barədə təbliğat aparılması;

- əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması;

- sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi;

- sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi;

- tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması;


- tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilir:

- tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;

- tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və "Qaynar xətt”in yaradılması;

- kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;

- tütün əleyhinə sosial reklamların yayımlanması;

- mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;

- tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin (xüsusilə, 31 may - Ümumdünya Tütünlə mübarizə günü) keçirilməsi;

- tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”