Ekspert həyəcan təbili çaldı: “Əmanətlər dollarlaşır”
Iqtisadiyyat
Oxunub: 1 394
5 fev 2015 | 14:44
Ekspert həyəcan təbili çaldı: “Əmanətlər dollarlaşır”

“Dekabr ayı ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib”.

Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

Onun sözlərinə görə, vəsaitlərin dollara çevrilməsinin səbəbi Rusiya amili və manatın devalvasiyasıdır:

“Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərini dollara çevirməyə vadar edib.

Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması qeydə alınıb. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5%-ə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2% idi.

Diqqəti cəlb edən digər məqam qısamüddətli əmanətlərin artımıdır. Yatırılan əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik vətəndaşları qısa müddətli yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2%-dən 60,4%-ə yüksəlib.

Ümumən götürdükdə isə ötən il əmanətlərin həcmi 792,6 milyon manat və ya 12,4% artaraq 7188,4 milyon manata çatıb. İl ərzində həm milli, həm də xarici valyuta üzrə artım baş verib.

Bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta qədər davam edəcək. Sonrakı proseslərdən, o cümlədən neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər”.
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi