“Baş bankir panika yaratmaq istəmir”
Iqtisadiyyat
Oxunub: 1 117
4 fev 2015 | 11:30
“Baş bankir panika yaratmaq istəmir”



“Elman müəllimin düşüncəsi o olub ki, bu barədə tez-tez danışaraq, açıqlama verərək insanlarda panika havası yaratmasın”.


Azerinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında bağlanacaq banklarla bağlı məlumatın verilməməsinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, məlumatın gecikdirilməsi insanlar arasında panika yaradır:

“Mərkəzi Bank əslində, bir neçə dəfə prosesin getdiyi ilə bağlı açıqlama yayıb. Bu açıqlamalar insanlarda müəyyən gözləntilər və suallar doğurmuşdu. Son açıqlama da ondan ibarət idi ki, beş bank ya bağlanacaq, ya da təmərküzləşərək iri banklara birləşəcək. Çünki sözügedən banklar nizamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib. Bununla bağlı rəsmi açıqlama var idi. Çox yaxşı olardı ki, Elman Rüstəmov və onun komandası rəsmi şəkildə tez-tez açıqlamalar verərək insanları sakitləşdirərdi. Çünki bu tip açıqlamalar ajiotaja, şayiələrin yaranmasına səbəb olur. Bu da bank sferası üçün heç də yaxşı hal deyil. Əslində, Elman müəllimin düşüncəsi o olub ki, bu barədə tez-tez danışaraq, açıqlama verərək insanlarda panika havası yaratmasın. Ona görə də MB rəhbəri gec-gec, nadir hallarda bu məsələyə münasibətini bildirir. Amma dünya praktikası göstərir ki, seçilmiş bu yol düzgün deyil. Əksinə, daha detallı, ətraflı şəkildə ictimaiyyət bilgiləndiriləndə daha az fəsadlar doğurur və insanlarda həmin panika havasının yaranmasına səbəb olmur”.

Ekspertin sözlərinə görə, qərar qəbul olunma mexanizminin və banklarda yaranmış təhlükənin açıqlanması vətəndaşları arxayınlaşdıracaq:

“Ona görə də, çox yaxşı olardı ki, MB proseslə bağlı doğru-düzgün açıqlamalar versin. MB-ın açıqlamasına görə, yanvarın 1-də proses bitməli idi. Artıq bir aydan da çox vaxt keçir. Buna görə də banklarla bağlı qərarların qəbul olunması, qərar qəbul olunma mexanizmlərinin həyata keçirilməsi və banklarda yaranan təhlükələr barədə məlumatın verilməsi daha düzgün addım olardı. Susqunluq və məlumatsızlıq bu barədə şayiələrin artmasına səbəb olur”.

Xatırladaq ki, bir neçə gün öncə MB-nin İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. İclasda ölkənin strateji valyuta ehtiyatları, ümumi iqtisadi artım, bank aktivləri, İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə də MB-nin ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi