Neftçalada istehsal ediləcək İran avtomobilləri... - Yeni zavodun fəaliyyəti ölkə iqtisadiyyatına nə vəd edir?
Iqtisadiyyat
Oxunub: 1 356
8 mar 2018 | 15:30
Neftçalada istehsal ediləcək İran avtomobilləri... - Yeni zavodun fəaliyyəti ölkə iqtisadiyyatına nə vəd edir?













Natiq Cəfərli: “O maşınlarda da yerli “detal” təkərlərə vurulan Nefçala havası olacaq”

İran ilə Azərbaycanın birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodunun avqust ayında istifadəyə veriləcəyi bildirillir. Qeyd olunur ki, zavodu İranın “İran Khodro” və Azərbaycanın “AzEuroCar LLC” şirkətləri birgə inşa edirlər. İldə 10 min avtomobil istehsal etmək gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Layihənin dəyəri 15 milyon dollar həcmindədir.

Məlumata görə, avtomobillərin ehtiyat hissələri Azərbaycandakı zavodlarda istehsal ediləcək. İstehsal olunacaq avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək. Avtomobillər Avro-5 standartına uyğun istehsal ediləcək.

Məlumdur ki, Neftçala Avtomobil Zavodu fəaliyyətə başlayana qədər Naxçıvanda və Şamaxıda da avtomobil zavodları fəaliyyət göstərib. Amma bu zavodların istehsal etdikləri avtomobillərin keyfiyyəti, mühərrikin gücü, ümumilikdə standartlara cavab vermədiyi və bu, alıcıları qane etmədiyi üçün hər iki zavod sonda fəaliyyətini dayandırmağa məcbur oldu. Ona görə, həmin zavodlara ayrılan vəsait də səmərə vermədi. Hətta prezident İlham Əliyev məmurlara “Naz-lifan” istifadə etmələri ilə bağlı tapşırıq versə də, Naxçıvan Avtomobil Zavodu fəaliyyət göstərə bilmədi və zavod 2017-ci ilin əvvəllərində fəaliyyətini dayandırmğa məcbur oldu.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Çinin “Chongqing Lifan İndustry”Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi əsasında Naxçıvan şəhərində “LİFAN” markalı minik avtomobillərinin istehsalı təşkil olunub. Onu da deyək ki, zavod fəaliyyətdə olduğu müddətdə cəmi 5 min avtomobil istehsal olunub. Halbuki, il ərzində 5 min avtomobil istehsalı nəzərdə tutulub. Zavodun işə salınması üçün ilkin olaraq 3,5 milyon manat həcmində investisiya yatırılıb. Zavodda 58 nəfər daimi işlə təmin olunub.

Maraqlıdır, Neftçala Avtomobil Zavodunda istehsal oluncaq avtomobillərin ehtiyat hissələrinin Azərbaycandakı zavodlarda istehsal ediləcəyi bildirilir. Amma həmin zavodlarda, yəni həm Naxçıvan Avtomobil Zavodunda, həm də Şamaxı Avtomobil zavodunda istehsal olunan avtomobillərin ehtiyat hissələri xaricdən gətirilb. Demək olar ki, həmin avtomobillər ancaq burada yığılıb. Hətta Şamaxı Avtomobil Zavodunun, yəni “Azsamand” şirkətinin prezidenti Cəzmi Qaya zavod avtomobil istehsalını dayandıranda deyib ki, istehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Ona görə də sual ortaya çıxır ki, həm “NAZ-lifan” həm də “Azsamand” şirkətləri avtomobil hissələrini xaricdən aldığı halda və Neftçala Avtomobil Zavodu avtomobilin ehtiyat hissələrini hansı zavoddan alacaq? Yəni Azərbaycanda avtomobilin ehtiyat hissələrini istehsal edən zavod varmı ki?

Təbii ki, hər kəs istər ki, belə zavodlar olsun. Çünki həm əhali üçün yeni iş yerləri açılmış olar. Eyni zamanda avtomobil istehsal edən zavodlarda avtomobillərin maya dəyəri ucuz başa gələr. Bu zaman təbii ki, avtomobillərin satışı da avtomobil almaq istəyən şəxslərin büdcələrinə uyğun olar. Amma çox təəssüf ki, Azərbaycanda nə avtomobilin ehtiyat hissələrini, nə də avtomobilin özünü istehsal edən normal zavodlar yoxdur. Qeyd olunan avtomobil istehsal edən hər iki zavodun istehsal etdiyi maşınların dünya standartlarına cavab verməməsi bir problem, avtomobillin ehtiyat hissələrinin xaricdən gətirilməsi də ikinci problemdir. Adları çəkilən zavodların bağlanması da məhz bunun nəticəsidir.

“O maşınlarda yerli ancaq təkərə vurulan Şamaxı və Naxçıvan havası idi”

Neftçalada istehsal ediləcək İran avtomobilləri... - Yeni zavodun fəaliyyəti ölkə iqtisadiyyatına nə vəd edir?

Neftçala Avtomobil Zavodun açılacağı ilə bağlı iqtisadçı Natiq Cəfərlinin iradı diqqəti çəkir. Cəfərli deyib ki, Azərbaycanda 2 dəfə avtomobil yığılması təcrübəsi olub, hər ikisi də fiasko ilə nəticələnib: “Həm Şamaxıda, həm Naxçıvanda daha maşın yığmırlar. Yığırdılar deyəndə ki, korpusun içində motor, altında bütün sistem hazır şəkildə ölkəyə gətirilirdi, təkərlər və güzgülər ayrı gəlirdi, güzgüləri qapıya bağlayırdılar, təkərləri yerinə taxırdılar, adını da “istehsal” qoymuşdular. Əslində, rentabelli avtomobil istehsalı üçün detalların ən azı 30-35%-i yerli müəssilərdə hazırlanmalıdır, o maşınlarda isə yerli ancaq təkərə vurulan Şamaxı və Naxçıvan havası idi”.

“Lüks dediklərində də sürət qutusu mexanikadır”

“İki fiaskodan sonra hökumət dərs çıxartmadı, 3-cü addım atdı - Neftçala Avtomobil Zavoduna (yenə NAZ) bir ətək pul xərclədi. Artıq zavodda yığılan maşınlara ad da taplblar: “Crown”. İki model – “S 5”(sadə) və “L 5” (lüks) seriyalı avtomobillr yığılacaq. Hər iki modeldə mexaniki sürət qutusu olacaq, yəni sadə. Lüks dediklərində də sürət qutusu mexanikadır. Sadə 14-16 min, lüks 16-18 min manat arası satışa çıxarılacaq. Hər iki modeldə motor 1,7 litr həcmində olacaq. Özü də deyirlər ki, avtomobilləri ixrac edəcəyik”, - deyə iqtisadçı qeyd edir.

“O maşınları xaricə hara satacaqlar?”

N.Cəfərli onu da vurğulayıb ki, dünya artıq süni intellektə malik sürücüsüz maşın buraxır, elektrokarlara keçir, bunlar mexaniki “korobka” ilə maşın yığıb ixrac etmək istəyirlər: “O maşınlarda da yerli “detal” təkərlərə vurulan Nefçala havası olacaq. Bütün detallar valyuta ilə xaricdən alınacaq, dollar qalxan kimi detalların, deməli, maşınların da qiyməti manatla qalxacaq və geridəqalmış sürət qutusu ilə o maşını baha qiymətə kim alacaq?! Xaricə hara satacaqlar? Gürcüstana? Bu ölkə çox ağıllı gömrük siyasəti ilə bürün avtoparkını yeniləyib, bölgədə ən ucuz maşın ordadır. Rusiyaya? Bu ölkə özü keyfiyyətsiz “təkərli vedrələr” buraxır, bizdən niyə baha maşın alsın ki?! İrana? Neftçalada İran maşını yığacaqlar, yəni “Monqol turistləri, monqol dublenkasını” buradan niyə alsınlar ki? Eyni səhvi 3-cü dəfə təkrar edən hökumətə “bacarıqsız” demək də artıq komplement olar”.
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA