bp-Azerbaijan şirkətində kütləvi ixtisarlar – YENİLƏNİB
Iqtisadiyyat
Oxunub: 1 409
27 yan 2015 | 16:37
bp-Azerbaijan şirkətində kütləvi ixtisarlar – YENİLƏNİB


Şirkət rəsmi məlumat yaydı.


bp-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli və çox əhəmiyyətli layihələrdir. bp şirkəti bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.

Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.

Azerinfo.az bildirir ki, Oxu.Az-ın kütləvi ixtisarlar barədə sorğusuna cavab olaraq, bp Azerbaijan şirkətindən bildiriblər.

“Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq.

Bu imkanlar əsasən əməliyyat proseslərimizinin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək.

Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq.

Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq”, - deyə, bp Azerbaijan-ın açıqlamasında deyilir.

Şirkət həmçinin ixtisarlar barədə yayılan xəbərləri təsdiqləyib:

“Bu tədbirlərin bir hissəsi olaraq biz təşkilatımızın quruluşunu nəzərdən keçirmişik və biznesimizin məzmununa uyğun olaraq təşkilatımızın yeni quruluşu daha yığcamdır. Bunun nəticəsi olaraq bəzi vəzifələr ixtisara salınıb.

Bu, həm yerli, həm də xarici vətəndaşların tutduğu vəzifələrə aiddir. Onu da bildirmək istərdik ki, bununla bağlı olan qərarlar şirkətin Davranış Kodeksi və Dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir.”



bp-Azerbaijan şirkətində kütləvi ixtisarlar başlayıb.

Bu barədə Oxu.Az şəxsi mənbələrindən məlumat əldə edib.

Məlumata görə, hər gün 40 nəfərədək insan işini itirir. İşdən çıxarılma siyahı üzrə həyata keçirilir.

Mənbənin sözlərinə görə, işdən çıxarılan əməkdaşın həmin şirkətdə çalışma müddətindən asılı olaraq, ona 3 yaxud 6 aylıq məvacibi verilir. Mənbə bildirir ki, artıq yüzdən çox insan işini itirib.

Məsələ ilə bağlı Oxu.Az-a danışan bp-Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı şirkətin bu gün ərzində bəyanatla çıxış edəcəyini bildirib.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...