Rövnəq Abdullayevin ixtisar xəbərdarlığı yüzlərlə neftçinin etirazına səbəb olub
Iqtisadiyyat
Oxunub: 1 415
27 yan 2015 | 14:24
Rövnəq Abdullayevin ixtisar xəbərdarlığı yüzlərlə neftçinin etirazına səbəb olub

Uzun illər "Azərneftyağ" neft emalı zavodunun idarəetmə aparatında çalışmış bir neçə işçi redaksiyamıza müraciət edib. Azerinfo.az bildirir ki, DİA.AZ-a danışan neftçilər bildirir ki, bu zavod ləğv olunub və Bakı Neft Emalı Zavoduna birləşdirilib: “Bu vaxta qədər ixtisar xəbərdarlığından yalnız zavodun fəhlələri təşvişə düşürdü. İndi idarəetmə aparatında çalışanlar da narahatdır. Belə ki, Dövlət Neft Şirkətindən ixtisar xəbərdarlığı almışıq”.

Bildirək ki, ixtisar xəbərdarlığı alan işçilər artıq 2 ay ərzində 389 nəfərin iş yerini itirəsəyindən də məlumatlıdırlar. Onların dia.az-a bildirdiyinə görə, rəhbərlik onlara yeni iş yeri vəd etsə də, neft böhranını səbəb kimi gətirərək birdəfəlik olaraq iş yerlərini itirəcəklərini açıq şəkildə deyiblər. Maraqlı orasıdır ki, burada da seçim var. Bunu da işçilər deyir: “Kim Bakı Neft Emalı Zavoduna az maaşla aşağı vəzifədə işləməyə razılaşsa, o qalacaq. Kim razılaşmasa, bu başdan başına çarə qılsın. İşçilərsə deyirlər kim razı olar ki, burada şöbə müdiri işləyəndən sonra gedib orada yer süpürsün?”

Neftçilərin işlə bağlı gələcək taleyi sual altındadır. Himayəsində azyaşlılar, qocalar, əlillər olan işçilər daha çox narahatdır. Onlar bu barədə narahatlıqlarını DİA.AZ-a bildiriblər: "Məsələn, aramızda eləsi var ki, təqaüd yaşına az qalıb və ona iş verən də tapılmaz. Belə çıxır ki, neftçi təqaüd yaşına çatanadək hava ilə dolanmalıdır..." İşçiləri narahat edən digər məsələ odur ki, onlara apreldə işsiz qalacaqları barədə xəbərdar edilsələr də kompensasiya vəd olunmur.

Qeyd edək ki, ARDNŞ-in 24 dekabr, 2014-cü il tarixli əmri ilə "Azərneftyağ" neft emalı zavodunun 1 yanvar, 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib.

Ötən ilin sonunda şirkətin rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu barədə danışarkən bildirmişdi ki, böyük ixtisarlar nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, ixtisarlar "Azərneftyağ"da çalışan fəhlələrə şamil edilməyəcək. Fəhlələr Bakı Neft Emalı Zavoduna köçürüləcək. "Azərneftyağ"da və Bakı Neft Emalı zavodunda ayrı-ayrılıqda 198 rəhbər şəxs var. İxtisarlar onların arasında aparılacaq. Mirvari Qəhrəmanlının sözlərinə görə, iki zavodun birləşməsi ilə bağlı yeni ştat cədvəli hazırlanır: "Təbii ki, ixtisara düşənlər olacaq. Yeni tərkib üçün hər iki zavodun peşə bilikləri yoxlanılacaq. Ən yüksək bal toplayan işlə təmin olunacaq. İşçilər arasında müxtəlif banklardan kredit alanlar da var. Sexlər köçürülməyəcək. Elə "Azərneftyağ"ın ərazisində qalacaq".
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO