Prezident bu şəxslərə 60 min manat verəcək
Iqtisadiyyat
Oxunub: 689
11 yan 2018 | 21:14
Prezident bu şəxslərə 60 min manat verəcək














İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə yalnız beynəlxalq sertifikat almasına dəstək veriləcək.
Xeberle.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.
Qüvvədə olan qaydaya əsasən indiyə qədər ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edib. Dəyişikliyə əsasən isə Qaydaya "Beynəlxalq sertifikatın alınmasına dəstək” fəsil əlavə edilib. Beləliklə, beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və "Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər.
Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan veriləcək və müraciət edilməsi üçün ən azı 60 günlük müddət müəyyən olunacaq. Həmin dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər. Dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və özünün rəsmi internet saytında yerləşdirəcək.
Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq olmamaqla) təşkil edir. Dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq nazirliyə təqdim etməlidir.
İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib