Azərbaycanda bir ilk — İşsizlikdən sığorta fondu fəaliyyət göstərəcək
Iqtisadiyyat
Oxunub: 659
3 yan 2018 | 13:07
Azərbaycanda bir ilk — İşsizlikdən sığorta fondu fəaliyyət göstərəcək














Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən sığorta fondu fəaliyyətə başlayır.
AZTB.info APA-ya istinadən xəbər verir ki, "İşsizlikdən sığorta haqqında" qanunda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığortahaqqının ödənilməsini nəzərdə tutulur. Qanunda sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.

Qanunda sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb.
Aparılmış hesablamalara uyğun olaraq, 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur. Xərclərin 40,2%-i və ya 35,8 mln. manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq 8 minə yaxın ailənin bu proqramla əhatə olunmasına şərait yaradacaq.

“İşsizlikdən sığorta fondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur. Məşğulluq orqanlarının saxlanılması xərcləri cari illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4%-ni və ya 13,7 mln. manat təşkil edəcək.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”