Yeni il ərəfəsi ənənəvi endirim fırıldağı - PROBLEM
Iqtisadiyyat
Oxunub: 606
18 dek 2017 | 14:47
Yeni il ərəfəsi ənənəvi endirim fırıldağı - PROBLEM















Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində isə bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satırlar.

Sputnik Azərbaycan bu əməlin mövcud qanunlarla necə tənzimləndiyini, bu halla üzləşən vətəndaşların hansı quruma müraciət etməli olduqlarını araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, aldadıcı endirim kompaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: "Bu şikayətlər arasında vitrində yazılan qiymətlər ilə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblər ilə bağlı olur. İstehlakçılardan bizə verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır".

Eyyub Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır: "Araşdırmalar göstərir ki, 98 faiz malların üzərində maddi məsul şəxsin imzası yoxdur, müştəri tələb edəndə belə vermirlər. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları "soyurlar"".

O qeyd edib ki, belə hallar ilə üzləşən istehlakçılar İqtisadiyyat Nazirliyinə zəng vurub şikayət edə və yaxud Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət ünvanlaya bilərlər.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: "Birincisi odur ki, Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil və dünyadakı brend dükanlarda olan endirimlər buradakı həmin brend dükana aid olmur. Brend markalar burada olan hər hansı yerli şirkət ilə müqavilə bağlayır, adlarını satır və malla təmin olunmasında yardımçı olurlar. Ona görə də dünyada həmin brend dükanlarında olan endirimlər ilə Azərbaycanda olan həmin brend dükanlar arasında qiymətlərdə ciddi fərq var".

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır: "Bazarda nə qədər çox rəqabət olarsa, bu da bazar qiymətlərinə yaxşı mənada təsir göstərər. Eyni zamanda, dünya brendlərinin birbaşa bazara daxil olmasına şərait yaratmaq lazımdır. Bu iki hal baş versə, müştərilər də qiymətlərin ciddi şəkildə düşməsinin şahidi ola bilərlər".

"Hər hansı mağaza qiyməti dəyişib malı satırsa, bu, heç bir qanun pozuntusu deyil. Mal özünündür, neçəyə istəyər, o qiymətə satar. Əgər dövlət tərəfindən hər-hansı müdaxilə olarsa, biz yenidən SSRİ dövrünə qayıda bilərik. Alverçilər də piştaxta altından istədikləri qiymətə mallarını sata bilərlər. Bu da heç kimə sərf eləməz" –deyə ekspert əlavə edib.

Psixoloq Günel Aslanova deyir ki, bu əməllərin "qurbanı" olan müştərilər iki yerə bölünür: "Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb "qabağa düşmək" istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər".
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...