Sabah-sabah əhaliyə BƏD XƏBƏR - Kasıbın beli qırıldı!!!

Ölkədə bütün sahələrdə bahalaşma müşahidə edilir. Yeni il qabağı qiymətlər daha da artıb. Subyektiv qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir
Bundan da əsasən sahibkarlar sui-istifadə edir. Buna səbəb olaraq sadə əsaslandırma gətirirlər. Məhsulu xaricdən idxal etdiklərinə görə qiymətləri bahalaşdırdıqlarını deyirlər.
Ekspertlərin fikrincə, növbəti ildə də subyektiv qiymətlərdə artım davam edəcək. Hətta xidmət və kommunal sahələrdə də müəyyən artımlar gözlənilir. Millət vəkili Vahid Əhmədov hesab edir ki, manat sabit qalsa da, növbəti ildə metroda gediş haqqı arta bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qiymətlərin formalaşması təkcə obyektiv səbəblərdən deyil: “Buna təkcə dünyada gedən proseslər, dünya bazarındakı qiymət dəyişimi kimi məqamlar təsir etmir, həm də rəqabətin çox zəif olduğu mühitdə də qiymətlərin yüksəldiyini görürük. Ərzaq və digər sahələrdə bu daha tez nəzərə çarpır. Ciddi rəqabətli mühit olsa, qiymət artımında olan bu sürət xeyli dərəcədə zəifləmiş olar. Gələn illə bağlı gözləntilər ondan ibarətdir ki, ərzaq məhsullarında qiymət artımı davam edəcək. Bura həm də mövsüm də öz təsirini göstərəcək. Çünki yerli məhsullar artıq bazardan çəkilməyə başlayıb. Gələn ilin yaz aylarına, yəni yerli məhsul çıxana qədər müxtəlif ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edəcəyik. Spesifik ənənə də var ki, hansısa bayramqabağı qiymətlərdə hədsiz yüksəliş hiss olunur. Çünki tələbat artır. Tələbat artan kimi qiymət də qalxır və bu bir müddət sonra düşmür, həmin qiymətlər yenidən öz yerindəcə qalır. Gələn ilin əvvəlində də bu tendensiya davam edəcək”.
Ekspert qeyd edib ki, əslində metroda gediş haqqının artacağı ilə bağlı çoxdan söhbətlər gedir: “Bakı Metropoliteni”nin rəsmi açıqlamasına görə zərərlə işləyirlər. Bir sərnişinin daşınma xərcinin hardasa 50 qəpik olduğunu açıqlayıblar. Ona görə də gələn ilin büdcəsində metro ilə bağlı dotasiyalar xeyli azaldılıb. Bütün bu faktorları nəzərə alsaq, gələn il metroda gediş haqqının artırılması real görünür. Bundan əlavə dizel yanacağı ilə də bağlı qərarın verilməsi gözlənilir. Belə ki, dizel yanacağı ilə 92 markalı yanacaq arasında qiymət fərqi kifayət qədər çoxdur. 30 qəpik fərq var. Bu da Azərbaycanda dizel yanacağının istehsalını da xeyli azaldıb. Rəsmi rəqəmlərə görə bu istehsal bu il 20 faiz aşağı düşüb. Bu o deməkdir ki, artıq istehsalçılar belə dizel yanacağını istehsal etməkdə maraqlı deyillər. Bu səbəbdən dizel yanacağının da qiymətlərinin artırılacağı ehtimalı yüksəkdir. Bu qiymət artımı isə demək olar ki, bütün sahələrə kənd təsərrüfatından tutmuş nəqliyyata qədər bütün sahələrdə qiymət artımına səbəb ola biləcək amildir. Kənd təsərrüfatında və nəqliyyat daşımalarında ən çox dizel yanacağından istifadə olunur. Bu artım baş versə, zəncirvari digər sahələrə də ciddi təsir göstərəcək”.
Natiq Cəfərlinin qənaətinə görə başqa kommunal xərclərin, elektrik enerjisi və qazla bağlı hələ ki gözləntilər yoxdu: “Bu hamısı həmin sahələrdə gələcəkdə Azərbaycan büdcəsinin imkanlarına və neftin qiymətlərinə bağlı olacaq. Neftin qiymətində ciddi ucuzlaşma yenidən müşahidə olunsa, digər sahələrdə, o cümlədən, kommunal sahədə də qiymət artımı müzakirəyə çıxarıla bilər”.
qaynarxett.az
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub