Samux rayonunda əkin sahələrinin artırılması üzrə işlər davam etdirilir
Iqtisadiyyat
Oxunub: 1 932
14 yan 2015 | 17:38
Samux rayonunda əkin sahələrinin artırılması üzrə işlər davam etdirilirSamux rayonunda əkin sahələrinin artırılması və əhalinin münbit torpaqlardan istfadə etməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən aparılan işlər davam etdirilir. Əsas məqsəd aqrar rayon olan Samuxda əkinə yararlı torpaq sahələrini daha da artırmaqdır.

Samuxda əhalinin məşğuliyyətinin əsasən heyvandarlıq və əkinçilik olması bu rayonda aqrar sahənin inkişafını labüd edir. Bu istiqamətdə də əhalinin rahat əkib becərmələri üçün lazımi tədbirlər davam etdirilir. Məsələ burasındadır ki, rayonda taxılçılıq sahəsinin inkişaf etdirilməsi məqsədi ilə 5 min ha yaxın torpaq sahəsinin təyinatı dəyişdirilib və bu sahələrdə dənli bitkilər əkilib.
Fazil Tağıyev- Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müdiri: "Son vaxtlar rayonda iri taxılçılıq təsərrüfatının yaradılması ilə əlaqədar olaraq biz də öz imkanlarımızı ortaya qoymuşuq. Beş min ha torpaq sahəsinin təyinatını dəyişib əkinçilik dövriyyəsinə keçirməklə iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub ki, buradan da 40-50 sentner məhsul götürülərsə də hesablamalar göstərir ki, Samux rayonun ərzaq təminatında ən yaxşı nəticələrdən birini verəcək".

Taxılçılıqla yanaşı son bir il ərzində qarğıdalı, eləcə də şəkər çuğunduru və digər bitkilər də əkilib. Yeni il üçün ən önəmli yeniliklərdən biri isə Samuxda üzümçülük sahəsinin daha da inkişaf etdirilməsidir. Başqa sözlə desək üzümçülüklə məşğul olan fermerlər birləşərək kooperativlər yaradıblar ki, bu kooperativlərin fəaliyyəti üçün də əlavə torpaq sahələri ayrılıb.

Fazil Tağıyev- Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müdiri: "Rayonumuzda 1150 ha sahədə müasir standartlara cavab verən yeni üzümçülük sahəsi yaradılıb. Poylu kəndi ərazisində 60 ailə birləşərək kooperativ təşkil edilib və orada 150 ha sahədə üzüm sahəsi və meyvə bağı salınıb. Hazırda orada geniş şəkildə üzümçülüyün istehsalı ilə məşğuldurlar".

Son bir ildə torpaqlardan təyinatı üzrə istifadəyə gəlincə bu sahəyə də diqqət artırılıb. Əkin sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində ancaq yüngül konstruksiyalı tikililərə icazə verilib.

kepeztv.az
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik