Bağlanacaq bankların adı açıqlandı
Iqtisadiyyat
Oxunub: 1 703
7 yan 2015 | 11:22
Bağlanacaq bankların adı açıqlandıMərkəzi Bank nizamnamə kapitalı tələbini yerinə yetirməyən banklarla bağlı son qərar verməyə hazırlaşır

Ölkədə fəaliyyət göstərən bankların bağlanacağı barədə xəbərlər yenidən aktuallaşıb. Bu dəfə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verərək bildirib ki, söhbət 6-ya yaxın bankdan gedir. "Mənə verilən məlumata görə, 2014-cü ilin dekabr ayının 30-da 6-ya yaxın bank məcmu kapitalını 50 milyon manata çatdıra bilməmişdi. Bugünkü vəziyyətin necə olduğunu deyə bilmərəm. Çox güman ki, həmin banklar ya bağlanacaq, ya da başqa banklarla birləşdiriləcək. Amma həmin banklarla bağlı son qərar hələ verilməyib" deyə, V. Əhmədov modern.az saytına bildirib.
O qeyd edib ki, 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanunun tətbiqi o zaman Mərkəzi Bankın qərarı ilə təxirə salınıb, sonradan bu, 2015-ci il yanvar ayının 1-i olaraq müəyyənləşdirilib.

Modern.az-ın əldə etdiyi rəsmi məlumata görə, bağlanacaq banklar bunlar ola bilər:

"EuroBank" - məcmu kapitalı 7,5 milyon manat
"Naxçıvan Bank" - məcmu kapitalı 42 milyon manat
"Bank Avrasiya" - məcmu kapitalı 22 milyon manat
"Azərbaycan Kredit Bankı" - məcmu kapitalı 5,8 milyon manat
Siyahıda adı olan "Atra Bank"ın isə məcmu kapitalının 50 milyon manata yaxınlaşdığı bildirilir.

"Azər-Türk Bank"ın məcmu kapitalı 50 milyon manatdır.

Qeyd edək ki, ötən il Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, ölkədə 5-6 bankın AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var. Ekspertlərin sözlərinə görə, bankların məcmu kapitalının 50 milyon manata qaldırılması bəzi bankların kapitalının formalaşdırılması ilə bağlı öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarıb. Ekspertlərin fikrincə, bank sektorunda təmərküzləşmə prosesləri davam etməlidir, islahatlar getməlidir.

Ekspertlər vurğulayırlar ki, məcmu kapitalı tələb olunan həddə çatdıra bilməyəcək bankları ciddi təhlükə gözləyir. Əlli milyonluq həddi keçə bilməyən banklar isə ya başqa bankla birləşməlidir, ya bazarı tamam tərk etməlidir, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. Kredit təşkilatına çevrildikdə də əmanətlərin qaytarılması məsələsi gündəmə gəlir. Azərbaycan qanunvericiliyinə görə, bank olmayan kredit təşkilatı əmanət qəbul edə bilməz. Onun elə bir səlahiyyəti yoxdur. Banklar bank olmayan kredit təşkilatına çevriləndə əmanət məsələsini həll etməlidir. Əks halda, Mərkəzi Bank ona razılıq verməyəcək və bank bazarı tərk etməli olacaq.

İqtisadçı ekspert Samir Əliyev musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə əməl edə bilməyən bankların sayı 5-10 arası ola bilər: "Biz ötən ildən bu barədə proqnozlarımızı açıqlamışdıq. Proseslər onu göstərdi ki, hətta bağlanmaq ehtimalı yüksək olan bəzi banklar da bu problemdən çıxa bildi. Özlərinə bir səhmdar tapdılar və problemi həll etdilər. İndi görünür ki, tələbi yerinə yetirə bilməyən 5-6 bank var. İki bank xarici bankın filialıdır, söhbət Pakistan Milli Bankından və İran Milli Bankından gedir. Onların məcmu kapitalı artırmaqla bağlı problemləri var idi. Bu, təbii ki, dövlət səviyyəsində həll olunan məsələ olduğundan, onların bağlanması daha çox dövlətlərarası razılaşmanın nəticələrinə əsasən müəyyən olunacaq. Burada artıq məcmu kapitalı o qədər də ciddi rol oynamayacaq. Qalan banklar təbii ki, əgər bu vaxta qədər bu tələbi ödəyə bilməyibsə, onlar artıq bazarı tərk etməlidirlər. Ya bank olmayan kredit təşkilatına çevrilməlidirlər, ya da ki ümumiyyətlə tamamilə maliyyə bazarını tərk etməlidirlər. Yəni artıq Mərkəzi Bank öz qoyduğu qaydanı yerinə yetirsə, həmin banklardan lisenziya alınmalıdır, onlar bank fəaliyyətini faktiki olaraq dayandırmalıdır".
S. Əliyev qeyd edir ki, baş verənlərin bazara ciddi təsiri olmayacaq: "Bazara ciddi təsirini gözləmirəm. Çünki bağlanacaq banklar o banklardır ki, onların bazarda payı çox cüzidir. Hətta Mərkəzi Bank bağlanmaq potensialı yüksək olan banklara artıq ötən ildən əmanət qəbul etməmək barədə göstəriş vermişdi, məhdudiyyət tətbiq etmişdilər. Nəzərə alsaq ki, əmanətlərin bir hissəsi sığortalanıb, ona görə bankların timsalında bazarda elə ciddi bir çaxnaşma gözlənilmir. Yəni ola bilər ki, müəyyən təbəqə əmanətləri geri ala bilməsin, yaxud problem olsun. Bu bankların bağlanmasının bazara neqativ təsir göstərəcəyinə də inanmıram".

Qeyd edək ki, əksər ekspertlər müştərilərin narahat olmamasını tövsiyə edir. Bildirilir ki, banklarda olan əmanətlər sığortalanıbsa, qaytarılacaq. Ancaq sığortalanan əmanətin məbləğinin 30 min manatdan çox olmaması tələb edilir. Otuz min manatdan çox olan hissə isə qaytarılmayacaq. Sığortalanmayan əmanətlərin taleyi isə bankın vəziyyətindən asılı olacaq, bankın maliyyə vəziyyəti pis deyilsə, ehtimal varsa ki, əmanətlər qaytarıla bilsin. Vəziyyət pisdirsə, əmanətlərin qaytarılması sual altına düşür. Ancaq bildirilir ki, bağlanacaq banklardakı əmanətlərin həcmi elə də böyük deyil.

Həmçinin ekspertlər düşünürlər ki, zərərdən minimum çıxmaq üçün Mərkəzi Bank proseslərə nəzarəti öz əlinə alacaq. Yəni bankların ümumi aktivlərinə nəzarət edəcək, real sektordakı kreditlərin yığılması Mərkəzi Bank tərəfindən icra olunacaq.
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR