Yeni nəfəs: Prezident yoxlamaları dayandırır - Bu da SON
Iqtisadiyyat
Oxunub: 3 210
20 okt 2017 | 11:45
Yeni nəfəs: Prezident yoxlamaları dayandırır - Bu da SON














Biznes sektoruna yeni nəfəs: prezident yoxlamaları daha 4 il dayandırır

Dövlət başçısının birbaşa göstərişi ilə sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq

Son günlərdə iqtisadiyyatdan baş verən ən mühüm hadisələrdən biri də sahibkarlıq obyektlərinin daha 4 il yoxlamalardan kənarda qalacağı oldu. Belə ki, dövlət başçısının birbaşa göstərişi ilə sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib. O, bildirib ki, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır.

Komitə sədri qeyd edib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Xatırladaq ki, 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun layihəsi qəbul olunub. Qanun sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır və 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müəyyən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qeyd olunub ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Ekspertlər də təsdiq edir ki, yoxlamaların 4 il müddətinə dayandırılması əsasən kiçik və orta sahibkarlığın qorunub saxlanılması baxımından müsbət addımdır. Düzdür, bu qərar qida və xidmət sektorunda müəyyən neqativ halların üzə çıxmasına səbəb olsa da, ümumilikdə real sektorun iqtisadi böhrandan çıxa bilməsi üçün əhəmiyyətlidir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, dövlət başçısının parlament qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə idi: “Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışladı... Çünki məsələnin kökü dərində idi. Və inzibati yolla müvafiq qadağa qoyulmasa idi, heç nəyin xeyri olmayacaqdır. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə ”birgə fəaliyyətdə" maraqlı görünürdülər. Və digərləri məhz, bunun güdazına gedirdilər".

Yeni nəfəs: Prezident yoxlamaları dayandırır - Bu da SON










İqtisadçının sözlərinə görə, sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar ən çox məhz orta və kiçik sahibkarlığın “belini qırır” və bu istiqamətdə inkişafın qarşısını alırdı: “Belə ki, iri sahibkarlar pis və yaxşı ”çullarını sudan çıxara" bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı. Odur ki, Prezidentin 2015-ci ilin analoji dövründə müvafiq qanunvericilik təşəbbüsü fikrimcə, ilk növbədə ötən 2 il ərzində ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul yaratdı. Bu isə real şəraitdə olduqca vacib şərt idi. İndi məsələ bundan ibarətdir ki, qeyd etdiyim kimi qanunvericiliklə irəli sürülən qadağanın vaxtı gələn ay bitir. Ötən müddət ərzində sözügedən tədbir nəticəsində itirən də çox olub, qazanan da... Odur ki, 2 il əvvəlki vəziyyətə qayıtmaq istəyən də var, istəməyən də...".

Ekspert də təsdiqlədi ki, müddətin uzadılmasına yenidən ehtiyac var: “Düzdür, iqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil. Uzunmüddətli perspektivdə isə, heç yararlı deyil. Lakin əvəzində bir sistem olmalıdır və yaxud mexanizm fəaliyyət göstərməlidir ki, hər şey özü-özü tərəfindən tənzimlənsin. Bu isə təəssüf ki, hələ yaranmayıb. Məsələnin həlli yolu tam olaraq qanunvericilikdən asılı deyil. İqtisadiyyatın özündə müvafiq mexanizm formalaşmalıdır. Sahibkarlar vergidən yayınmağa çalışmamalıdırlar. Məmur himayəçiliyi olmamalıdır. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığı, millətin və dövlətin təhlükəsizliyi üçün heç bir ziyan gətirməməlidir. Eyni zamanda, hər bir sahibkar əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə vergi ödəməlidir. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyəti ilə məşğul olanın vergi mədəniyyəti olmalıdır. Sözügedən qadağan yalnız qanunsuz və lüzumsuz müdaxilələrin, yoxlamaların qarşısını kəsmək məqsədi daşıyırdı. Heç kim vergidən yayına bilməzdi. Müvafiq qanunvericilik təşəbbüsü də yalnız bu məqsədə xidmət edirdi”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi