Ağalarovlar ailəsindən 19 milyardlıq müqavilə
Iqtisadiyyat
Oxunub: 1 386
28 dek 2014 | 19:18
Ağalarovlar ailəsindən 19 milyardlıq müqavilə


















Stadionun tikintisi 2017-ci il, dekabrın 25-nə qədər bitməlidir

Rusiyanın Nəqliyyat Nazirliyi futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi üçün Rostovda stadionun tikintisinə dair azərbaycanlı milyarder Araz Ağalarovla müqavilə bağlayıb.

Azerinfo.az Virtualaz.org saytına istinadən xəbər verir ki, müqavilənin dəyəri 19 milyard rubldur. Müqavilədə Rusiyanın Nəqliyyat Nazirliyi dövlət sifarişçisi qismində çıxış edir, Araz Ağalarovun “Crocus İnternational” şirkəti isə 45 min tamaşaşı yerinə malik stadionun tikinti-montaj işlərinin yerinə yetirilməsini üzərinə götürən baş podratçıdır.

Nəqliyyat Nazirliyi adından müqaviləni “Sport-İnjinirinq” idarəsinin rəisi Dmitri Popov imzalayıb.

“Crocus İnternational” şirkəti Rusiya hökumətinin 28 mart, 2014-cü il tarixli qərarı ilə Rostovda stadionun tikintisinə dair baş podratçı seçilib.

Müqaviləyə görə, stadionun tikintisi 2017-ci il, dekabrın 25-nə qədər bitməlidir. Tikintiyə dünya çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsi nəzarət edəcək.

Hazırda ərazinin tikintiyə hazırlanması işlərinin birinci mərhələsi başa çatdırılıb. Rostov stadionunda dünya çempionatının 8/1 və 4/1 final oyunları keçiriləcək.

“Crocus İnternational” Rusiyanın ən iri devoloper şirkətlərindən biridir, dövlət sifarişi ilə həyata keçirdiyi ən iri layihə Vladivostokda, Rus adasında Uzaq Şərq Universiteti şəhərciyidir.

Şirkət Moskva Dairəvi Avtomobil Yolunun tikintisinə dair tenderlərə qatılaraq ən aşağı qiymət təklif etsə də komissiya şirkətin yol layihələrində yetərli təcrübəsinin olmadığını iddia edərək onu tenderə buraxmayıb.

Bununla belə “Crocus” 2018-ci il dünya çempionatı üçün Kalininqradda tikiləcək 60 minlik stadionun da baş podratçısıdır.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu