Yanvarın 1-dən maaşımızdan 0,5 faiz tutulacaq — Yeni qanun
Dövlət başçısı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununu təsdiq edib və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.
Qeyd edək ki, yeni qanun vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin kompensasiya olunmasına, eləcə də, əmək bazarına təkrar qaytarılmasına kömək etmək məqsədini daşıyır. İşsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanunu oxu.az-a şərh edən hüquqşünas Oktay Məhərrəmov bildirib ki, qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı, ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilməsi hallarında sərbəstləşmiş işçilərin gəlir itkilərini qarşılamaq üçün işəgötürənlər ümumi əməkhaqqı fondunun 0,5 faizi, işçilər isə öz əməkhaqqlarının 0,5 faizi həcmində vəsait ödəməli olacaqlar: “Məsələn, əmək haqqı fondu 10000 manat olan müəssisə hər ay 50 manat, əmək haqqı 1000 manat olan işçi isə öz növbəsində 5 manat sığorta haqqı ödəyəcəkdir. İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını isə Sosial Müdafiə Fondu həyata keçirəcək”.
O ki qaldı indiyə qədər bu prosesin necə icra edilməsinə, O.Məhərrəmov deyir ki, işsiz qalan şəxs məşğulluq idarəsinə üz tuturaraq orada işsiz kimi qeydiyyata dururdu: “Bundan sonra işsizlik müavinəti alırdı. İşsizlərə verilən bu məbləğ olduqca aşağı idi. O cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi. Artıq bu yük büdcənin üzərindən götürülür”.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR