Benzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLAR
Iqtisadiyyat
Oxunub: 6 803
30 iy 2017 | 15:01
Benzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLAR












Son günlər avtomobil bazarında kəskin qiymət artımları ilə yadda qalıb. Benzinin bahalaşması yanacağa qənaət edən və mühərrikinin gücü daha zəif olan avtomobillərin qiymətinin də artmasına səbəb olub. Ekspertlərin sözlərinə görə, səbəblərdən biri də ölkəyə köhnə avtomobillərin idxalının məhdudlaşdırılmasıdır.

Musavat.com-un müxbiri həftəsonu təşkil olunan Bakı Avtomobil Satışı Mərkəzinə baş çəkib, qiymətlərin son durumu ilə maraqlanıb.

İlk baxışdan yanaşı düzülmüş avtomobillərin ucu-bucağı görünmür. Təklifin çox olması alıcılar üçün seçim imkanını da artırır. İkinci əl avtomobillərin ilinə və markasına uyğun olaraq qiymətlər 4 min manatdan başlayır. Bu qiymətə əsasən Rusiya istehsalı olan köhnə avtomobillər təklif olur. Bazarda tələbat daha çox ikinci əl "Mercedes" markalı avtomobillərədir.

Əvvəlki həftələrlə müqayisədə bazarda satışa daha çox avtomobil çıxarılıb. Satıcılar bunun səbəbini benzinin bahalaşması ilə əlaqələndirdilər: "Bazarda daha öncə bu qədər avtomobil görməmişdim. İndi maşınını satmağa gətirən çoxdur. Səbəb isə odur ki, benzin bahalaşıb, motorunun həcmi böyük olan maşınlar dərhal bazara çıxarılır. Ancaq belə avtomibillərə maraq azalıb. Alıcılar yanacağa qənaət edən avtomobillərə üstünlük verirlər".

Bəzi ikinci əl avtomobillərin qiyməti rekord həddə bahalaşıb. Avtomobil dəllallarının dediyi kimi mühərrikin həcmi aşağı olan avtomobillərə tələbat artıb. Buna görə də, həmin avtomobillər kəskin bahalaşıb. Bazara avtomobil almağa gələn Hafiz Salmanov qiymətlərin kəskin dəyişdiyini təsdiqlədi: "Səhər saatlarından bazardayam. İkinci əl "Mercedes" c-180, c-200 almaq istəyirəm. Yaxşı vəziyyətdə olan avtomobillər var, ancaq qiymətləri əl yandırır. Benzin bahalaşdıqdan sonra zənn etdik ki, bu maşınlar ucuzlaşar. Düşündük ki, fürsət varkən maşın alaq. Maksimum 8 min manat nəzərdə tutmuşduq. 3 həftə öncəki bazarla hazırki bazar arasında inanılmaz dərəcədə fərq var. Təsəvvür edin ki, 1998-2000-ci il istehsal olan avtomobillər 10-11 min manata təklif olunur. Orta səviyyədə olanları isə 9000-9500 manatdır. Buna görə də, bir neçə bazar da gözləməli olacağıq".

Avtomobil satışı ilə məşğul olan alverçilər ili köhnə olan ikinci əl avtomobillərinin bahalaşmasının səbəbini belə izah etdilər: "Köhnə maşınların qiymətinin bahalaşması heç də benzinim qiymətilə əlaqəli deyil. Bildiyiniz kimi, 2006-cı ilə qədər olan avtomobillər ölkə ərazisinə buraxılmır. Bu maşınların idxalı dayandırıldığı üçün bahalaşma yaranıb. Yeni avtomobillərin də gətirilməsi azalıb. Çünki gömrükdə motorun həcminə görə alınan rüsum çoxdur. Təsəvvür edin ki, "Hyndai sonata" üçün 6 min manat rüsum alırlar. Bu isə avtomobil satışı ilə məşğul olanlara sərf etmir. Az və baha gətirildiyi üçü qiymətlər də bahalaşır. Bu zaman insanlar ikinci əl avtomobillərə maraq göstərir. Daxili bazarlarda canlanma olur. Mən sənə, sən də bir başqasına satırsan. Çox adam düşündü ki, benzin bahalaşdı, maşın ucuzlaşacaq. Əksinə oldu. Alıcılar sadə motorlara üstünlük verdilər. Qiymətlər indi "ceyran belinə çıxıb". Mühərriki iri həcmli olan avtomobilləri indi əvvəlkindən xeyli ucuz almaq olar".

Bazarda ən çox satılan dizellə işləyən avtomobillərdir. Mühərrikindən, markasından asılı olmayaraq bu avtomobillərə tələbat çoxdur. Müşahidəmiz zamanı alıcı kütləsinin daha çox dizel avtomobilləri ilə maraqlandıqlarının olduq. Dizelin benzindən fərqli olaraq bahalaşmaması bu avtomobillərin qiymətlərini kəskin artırıb.

Alıcılar dizellə işləyən avtomobillə benzinlə işləyən avtomobilin arasında 1500-2000 manat civarında qiymət fərqi olduğunu bildirdilər: "Ümumiyyətlə dizellə işləyən maşınlara daha çox üstünlük verilirdi. Yanacaq sərfiyyatı az olduğu üçün daha çox tələbat var idi. Benzin bahalaşandan sonra bu avtomobillər kəskin bahalaşdı. Əvvəl 11 min manata olan 1999-2000-ci il istehsalı olan "Mercedes" CD 220 markalı avtomobil, hazırda 13 min manata təklif olunur. Eyni markadan olan, mühərrikinin həcmi CD 270 olan avtomobilin qiyməti isə 14-15 min manatdır".

Qeyd edək ki, yeni avtomobillərin qiymətində bahalaşma müşahidə edilmir.

Məğrur Mərd,
Fotolar müəllifindir.
Benzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLARBenzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLARBenzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLARBenzinin bahalaşması avtomobil bazarını çalxaladı: "Qiymətlər rekord həddə" - REPORTAJ, FOTOLAR
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO