Benzinin qiymətinin artması avtomobil bazarına necə təsir etdi?
Iqtisadiyyat
Oxunub: 1 357
25 iy 2017 | 21:16
Benzinin qiymətinin artması avtomobil bazarına necə təsir etdi?











Hazırda Bakıda avtomobil bazarında durğunluq müşahidə olunur.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynovun sözlərinə görə, ikinci əl avtomobillərin qiyməti ucuzlaşıb:

“Mühərrik həcmi 2,5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2,5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur”.

Ekspertin sözlərinə görə, bazardakı vəziyyətə həm yay mövsümü, həm də yanacağın qiymətinin dəyişməsi təsir edib:

“Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən insanlar həmişə 2002-ci ilə qədər olan köhnə “Opel” və “Mercedes” markalı avtomobillərdən istifadə edirdilər, çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi.

İndi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Ona görə bu avtomobillərin qiymətində artım müşahidə olunur. Digər tərəfdən, əvvəllər insanlar ucuz avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olurdular. Lakin indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və onlar da rəqabət olduğu üçün qiyməti aşağı salmağa çalışırlar. Digər tərəfdən də benzinin qiymətində olan dəyişikliklər səbəbindən köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli olmur. Təbii ki, bu da köhnə avtomobillərin qiymətində azalmaya səbəb olur”.

V.Hüseynov bildirib ki, növbəti ay bazarda aktivlik daha da aşağı düşəcək:

“Yay aylarında ümumiyyətlə avtomobil bazarında aktivlik aşağı düşür. Bu hər il bizim müşahidə etdiyimiz haldır. Sentyabr ayından isə bazarda canlanma başlayacaq. Qiymətlər isə manatın məzənnəsindən və digər amillərdən asılı olacaq”.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR