Pullar əllərdə qalıb: Banklar əmanət qəbulunu niyə dayandırıb?

Akif Nəsirli: “Faiz dərəcəsinin salınması real deyil”
Ölkədə bank sektorunda davam edən böhrandan çıxış üçün müəyyən addımlar atılsa da, hələlik effektiv rol oynamır.Devalvasiyalardan sonra əhalinin gəlirləri azaldı və nəticədə banklara ödənişlər edilmədi.Bu səbəbdən də milyonlarla manat dəyərində problemli kreditlər ortaya çıxdı.Bəzi banklar ümumiyyətlə, fəaliyyətini dayandırdı, bəziləri isə birləşərək ömrünü biraz da uzatdı.Ödənişləri ala bilməyən banklar kreditlərin verilməsini bir müddət dayandırdı, sonra isə sərtləşdirilmiş qaydalarla yenidən davam etdirdi. Amma əvvəlki illərə nisbətən əhaliyə daha az kredit verilir.
Maraqlısı budur ki, son zamanlar bir neçə bank əhalidən əmanətlər də qəbul etməməyə başlayıb.Həmin banklara yaxınlaşan müştərilər geri qaytarılır.Onlara “əmanət qəbulu texniki səbəblərə və bir sıra dəyişikliklərə görə mümkün deyil” cavabı verilir.Banklar isə bunun hansı səbəbdən edildiyini açıqlamırlar.İddia edilir ki, hazırda əmanətlərin saxlanılması üzrə illik 11-13 faiz dərəcəsinin 4-6 faizə endirilməsi nəzərdə tutulur.Banklarda maliyyə dövriyyəsi və gəlirlər azaldığı üçün faizləri ödəyə bilmir.Buna görə də, həm faizlərin aşağı salınması, həm də əmanətlərin saxlanma müddətinin azaldılması nəzərdə tutulur.Xatırlatmaq yerinə düşər ki, fevral ayında da banklar analoji addım atmışdılar.Həmin vaxt Azərbaycan Beynəlxalq Bankı milli valyutada 3-10 illik əmanət cəlb etməyi dayandırmışdı. Beynəlxalq Bank həmçinin, “Multivalyuta”, “Yığım”,“Avans”,“Uşaq”, “Qızıl depozit”, “Pensiya” yığım əmanət növləri və “Əmanət kartı” məhsulunu ləğv edib. Bundan başqa, Avro, İngilis funt sterlinqi və Rusiya rublu valyutasında əmanətlərin qəbulu dayandırılıb.
İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, əmanətlərin dayandırılması hansısa zərərli bir nəticə verməyəcək: “Düşünmürəm ki, bu barədə göstəriş verilər. Ola bilsin ki, bu həqiqətən də texniki səbəblə əlaqədardır.Hətta bunu belə, başqa səbəblə də əlaqələndirmək olmur.Çünki, banklar özləri əmanətlərin qəbul olunmasında maraqlıdır.Hər halda müəmma olaraq qalır”. A.Nəsirli faiz dərəcəsinin salınmasının real olmadığını bildirib: “Banklar bu addımı atarsa, əmanətçilər banka pul yatırmazlar. Çünki, heç kim gəlirinin azalmasını istəməz. Bank isə müştərisini itirmək istəməz.Odur ki, bu, bankların gəlirlərini çoxaltmaq üçün real çıxış yolu kimi görünmür”.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR