ƏHALİYƏ şad xəbər - XƏBƏR AZ ÖNCƏ GƏLDİ
Iqtisadiyyat
Oxunub: 25 825
11 iy 2017 | 11:00
ƏHALİYƏ şad xəbər - XƏBƏR AZ ÖNCƏ GƏLDİ







Pensiyaçılara şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinə, bəzi aylarda isə pensiyaların qrafikdən əvvəl hesablara köçürülməsinə imkan verib

Ulus.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, ümumilikdə, cari ildə əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı problem müşahidə edilməyib: "Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq. Artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb, bu gündən etibarən isə Bakı şəhərinin rayonları üzrə ödənişin həyata keçirilməsinə başlanılacaq".

Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davamı olaraq, hələ 2013-cü ildən hər ay üzrə əmək pensiyalarının ödənişi qrafiki bir qədər də əvvələ çəkilib: "Həmin vaxtdan etibarən pensiyaların maliyyələşdirilməsi işləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək tam yekunlaşdırılır.

Həmçinin hər ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, hər ayın 18-dək respublika tabeli şəhərlər, hər ayın 24-dək respublikanın digər rayonları, hər ayın 29-dək isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılır.

Qrafiklə nəzərdə tutulmuş tarixlər istirahət və ya bayram günlərinə təsadüf edirsə, pensiyaların ödənişi həmin günlərdən sonrakı iş günündə həyata keçirilir. Həmçinin, bayramlar və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi aylarda pensiyaların ödənişi qrafiki müəyyən olunmuş vaxtdan da əvvəl icra olunur ki, bu da pensiyaçıların maraqlarının nəzərə alınmasından irəli gəlir.

Qeyd olunan qrafikdən də aydın olur ki, hazırda pensiyaların ödənişində heç bir gecikmə yoxdur və iyul ayında da ölkəmizdə bütün növ pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək".
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi