Azərbaycanda ətin qiyməti artdı - Səbəblər
Iqtisadiyyat
Oxunub: 30 036
8 iy 2017 | 19:23
Azərbaycanda ətin qiyməti artdı - Səbəblər














Azərbaycanda mal və qoyun ətinin qiyməti yenidən bahalaşıb

Məlumata görə, son günlər qoyun əti 11 manatdan 12 manata, mal əti isə 10 manatdan 11,50 manatadək bahalaşıb. 8-12 kiloqramlıq quzuların ətinin kiloqramı isə bəzi ünvanlarda hətta 14-15 AZN-ə satılır. Məlumatlı şəxslər hesab edir ki, yay vaxtlarında bahalaşmanın səbəbini toy mövsümünün olması ilə əlaqədar deyil. Bildirildiyinə görə, bu il yem tədarükünün elə də yüksək səviyyədə olmaması qısa zaman kəsiyində ota olan tələbatı artırıb. Bu səbəbdən də otun qiyməti qəfildən artıb. Ot biçini yenicə başa çatsa da, artıq bir ədəd yonca bağlamasının qiyməti müxtəlif ünvanlarda 5-8 AZN-dək dəyişir. Hansı ki, əvvəlki dövrlərdə qiymət uzağı 3-4 manat olub. Sahibkarlar deyir ki, keçən ilin yay mövsümündə 18 qəpiyə olan arpanın kiloqramı hazırda 35 qəpiyədək bahalaşıb.

Heyvanları kökəltmə məntqələrində çalışan şəxslər yemin bahalaşmasının ardınca mal-qoyuna da yeni qiymət qoyublar. Qəssablar əməkdaşımızla söhbətində deyiblər ki, ölkə daxilində ətlik mal-qoyunun sayınınm azalması da qiymətə təsir edib. Hətta onların dediyinə görə, ölkəmizə gələn ərəb sahibkarlar Azərbaycanda yedikləri ətin dadına, tamına bələd olduqdan sonra burada Səudiyyə Ərəbistanı və digər ölkələrə ət idxalına başlayıblar. Bu da ölkəmizin daxili tələbatında problemlər yaradıb. Onu da öyrəndik ki, ət qıtlığı səbəbindən Azərbaycana Ukraynadan ətin idxal olunmasına başlanılıb. Amma sahibkarlar özləri də etiraf edirlər ki, Ukrayna ətinin dadı yerli məhsullara çatmır. Gürcüstanda ətin qiymətinin artması səbəbindən qonşu ölkədən mal-qara daşınmasına marağı azaldıb. (Musavat.com)
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi