Sahibkarların əl-qolunu bağlayan qərar ləğv olunacaq?
Iqtisadiyyat
Oxunub: 671
4 in 2017 | 11:45
Sahibkarların əl-qolunu bağlayan qərar ləğv olunacaq?

















"1 faizlik nağdlaşdırma ilə bağlı sadələşdirilmiş verginin hüquqi əsası yoxdur"

Bunu “Şəffaflıq Azərbaycan” təşkilatının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə layihə kordinatoru Məhəmməd Muradov deyib. Digər tərəfdən, 1 faizlik nağdlaşdırma vergisinin iqtisadi əsası yoxdur: “Fikrimizcə, sahibkar əgər gəlir əldə etmirsə, dəyər yaratmırsa, niyə ondan vergi tutulmalıdır?”

O bildirib ki, nağdlaşdırma ilə bağlı verginin tətbiqindən sonra yeni problemlər ortaya çıxıb. Fərdi sahibkar öz VÖEN hesabından şəxsi hesabına pul köçürə bilmir: “Qanunun mahiyyəti nağdsızlaşmanı təşkil etməkdir. Amma banklar bildirirlər ki, sən vəsaiti nağdılaşdır, 1 faizlik vergini ver, sonra şəxsi hesabına qoy. Bu ona gətirib çıxarır ki, qanun öz məqsədinə xidmət etmir”.

“Şəffaflıq Azərbaycan”ın tövsiyyəsi ondan ibarətdir ki, 1 faizlik nağdlaşdırma vergisi ləğv edilsin: “Nağdlaşdırmanı qadağan qaydaların tətbiqindənsə nağdsız ödəmələrə stimullaşdırıcı qaydalar tətbiq edilməsi məqsədəuyğun olardı”.

Məhəmməd Muradov nağdlaşdırma ilə bağlı qadağaların davam etdiriləcəyi təqdirdə 15-30 min manat limitindən sonra diferensiallaşdırılmış vergi tətbiq edilməsini təklif edir: “Məsələn, nağdlaşdırmanın həcmi 16 min manatdırsa, burada 1 faizlik vergi 15 min manatdan sonrakı min manata tətbiq edilsin”.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, 1 faizlik nağdlaşdırma ilə bağlı sadələşdirilmiş verginin iqtisadi əsasının olub-olmamasının iqtisadi nəzəriyyəyə heç bir aidiyyəti yoxdur: “Azərbaycanda bu, individual xarakter daşıyır. Məsələn, bir zamanlar Fransada gəlir vergisi 75 faizə qədər qaldırıldı. Doğrudur, bu, birmənalı qəbul olunmamışdı. Ancaq faktiki praktikada bu olub. Bunu iqtisadi əsaslarla və yaxud da nəzəriyyə ilə əlaqələndirmək düzgün deyil. Azərbaycanda da müəyyən iqtisadi çətinliklər olduğu üçün 1 faizlik nağdlaşdırma ilə bağlı sadələşdirilmiş vergi qəbul olundu. Ümumiyyətlə, əgər hansısa bir ölkədə iqtisadi tənəzzül, böhran dövrü yaşanılarsa, daha effektiv, daha elastik və daha münbit mühit yaratmaqdan ötrü stimullaşdırıcı amillərə əl atmaq lazımdır. Misal üçün, nağdlaşdırmada 1 faizi çəkməklə haradasa iqtisadiyyatın kiçilməsinə əl atmış oluruq. Həmçinin sahibkarların əl-qolunu bağlamış oluruq. Qeyri-rəsmi də olsa, məhdudiyyətlər yaradırıq. Bu olmasa, daha yaxşı olar”.

Ekspert onu da vurğulayıb ki, hər bir dövlətdə büdcədə irəliləyiş əldə etmək üçün bu cür alətlərdən istifadə etmək olar: “Bu göstərici 2, 3, hətta 5 faiz də ola bilər. Ancaq baxışlar bunun üzərində qurulmamalıdır. Nağdlaşdırmaya görə tətbiq edilən vergi istənilən vaxt ləğv oluna bilər, bu, hökumətin əlində olan bir ixtiyardır. Necə tətbiq ediblər, elə də ləğv edə bilərlər. Ümumiyyətlə, bu qəbildən olan vergilərin olmaması iqtisadiyyatı daha çox stimullaşdırar və iqtisadiyyatın inkişafına doğru yol açar. Əgər institutsional səviyyədə dərindən düşünülərsə, bunun ölkə iqtisadiyyatında və büdcəsində xüsusi çəkisinin olmadığını görmək olar. Elmi araşdırılma aparılsa, bunun daha çox ziyanının olduğunu görmək olar, nəinki xeyrinin”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...