Hökumət iqtisadi böhranın həllində məmur-oliqarxların vəsaitindən istifadə edə bilər...
Iqtisadiyyat
Oxunub: 695
20 may 2017 | 10:40
Hökumət iqtisadi böhranın həllində məmur-oliqarxların vəsaitindən istifadə edə bilər...

















“Hətta Amerika da müəyyən dövrlərdə bu yoldan keçib; söhbət qeyri-leqal yollarla əldə edilmiş vəsaitlərin dövlətin xeyrinə xərclənməsindən gedir” - ekspert

Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinə məmur-oliqarxların nəzarət etməsi heç kimə sirr deyil. İqtisadçı ekspertlər isə hesab edir ki, yüksək vəzifəli dövlət məmurları iqtisadiyyatı inhisara saxlamaqda davam etdikcə, aparılan islahatların ciddi effekti olmayacaq.
Dəfələrlə bu kimi anonslar verilsə də, hökumət milyardlarla dollar qeyri-leqal vəsaiti olan oliqarxları idarəetmədən kənarlaşdırmaqda hələ ki, qərarlı deyil. Əksinə qeyri-rəsmi məlumatlara görə, iqtisadi böhranın vüsət aldığı, büdcə vəsaitlərinin azaldığı indiki şəraitdə onların sərvətlərindən istifadə etməkdə maraqlıdır. Artıq əksər oliqarx məmurlar bəzi iri layihələri öz şəxsi vəsaitləri hesabına həyata keçirirlər.

Bəs görəsən, bu metod nə dərəcədə effektli və təhlükəsizdir? Dünya təcrübəsində belə hallar varmı?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, dünya təcrübəsində bu metodun daha leqal yolları var: “Hətta Amerika da müəyyən dövrlərdə bu yoldan keçib. Söhbət qeyri-leqal yollarla əldə edilmiş vəsaitlərin iqtisadi böhran zamanı dövlətin xeyrinə xərclənməsindən gedir. Amerikada ötən əsrin 30-cu illərində yaşanan iqtisadi böhran zamanı illeqal yollarla qazanılmış vəsaitin leqallaşdırılması ilə bağlı qərar verildi və həmin vəsaitlər leqallaşdırıldı. Şərqi Avropa ölkələrində də, bir çox postsovet ölkələrində də bununla bağlı müəyyən təcrübələr var. Ancaq bu leqal şəkildə həyata keçirilir. Bağlı qapılar arxasında gedən proseslərin nəticəsi olaraq ortaya çıxmır. Ölkədə maliyyə amnistiyası elan olunur. Bu zaman bütün vəsait leqallaşdırılır. Vəsaitin bir hissəsi vergi şəklində dövlət büdcəsinə daxil olur. Bundan sonra həmin şəxslərin dövlət orqanlarında və seçkili orqanlarda vəzifə tutmaq səlahiyyətləri ən azı 10 il müddətinə dondurulur. Onların biznes fəaliyyəti üçün tam şəffaf şərait yaradılır. Yalnız bundan sonra onlar hansısa layihələrdə iştirak edə bilirlər”.

N.Cəfərli qeyd etdi ki bu proses qeyri-leqal baş verəcəksə, çoxlu vəsaiti və gücü olan oliqarxların sistem daxilində ciddi müqaviməti başlaya bilər: “Çünki onların bu günə qədər qazandığı vəsaitin leqallaşması yoxdur, bu mənada həmin vəsaitlərlə bağlı heç bir hüquqları da yoxdur. Bu vəsaitlərin heç bir təminat verilmədən onların əlindən alınması, həmin şəxslərin gələcəkdə təxribatlar törətmək kimi müqaviməti də baş verə bilər. Sistem daxilində problemlər yarana bilər. Bunun ən leqal yolunu biz 5 il öncə öz proqramımızda təklif etmişik. Maliyyə amnistiyası, illüstrasiya və reabilitasiya ilə bağlı üç qanun paket şəklində qəbul olunur. Bundan sonra həmin vəsaitdən istifadə etmək üçün şərait yaradılır və yatırımlara zəmanət verilir. Əgər heç bir zəmanət olmadan bu yatırımlar həyata keçiriləcəksə, sabah həmin layihənin oliqarxın əlindən alınması prosesi baş verə bilər. Biz Azərbaycan təcrübəsində dəfələrlə buna rast gəlmişik. 2005-ci ildə həbs olunan məmur-oliqarxların, nazirlərin qeyri-qanuni yollarla əldə etdikləri vəsaitlər əllərindən alındı. Son dövrlərdə isə keçmiş nəqliyyat naziri ilə bağlı, keçmiş MTN rəhbəri ilə bağlı bu cür prosesin getməsi haqqında məlumat yayıldı”.

İqtisadçı onu da bildirdi ki, prosesin bu yolla aparılması doğru deyil: “Maliyyə amnistiyası elan edib vəsaitin bir hissəsini dövlət büdcəsinə, və ya islahatlara dəstək fonduna köçürülə bilər. Bu vəsaitlər üçün bir tərəqqi fondu yaradıla bilər, oradakı vəsaitlər şəffaf şəkildə islahatların keçirilməsinə xərclənə bilər. Yerdə qalan vəsaitdən isə oliqarxlar tam leqal formada istifadə edə bilərlər, Azərbaycan iqtisadiyyatına yatırım edə bilərlər. Bu yatırımlar da təminat altında olsa oliqarxlar buna gedərlər. Bu proses iqtisadiyyatın sağlamlaşmasına, ölkənin inkişafına aparan yoldur. Ən pisi isə odur ki. Bu günə qədər Azərbaycanın rəsmi bir milyonçusu yoxdur. Halbuki iqtisadiyyatı bizdən daha ağır olan düşmən ölkə Ermənistanda 78 nəfər rəsmi milyonçu var. Azərbaycanda bu leqallaşmaya ehtiyac var. Əgər bu proses qeyd etdiyim yolla aparılarsa effekt verəcək. Yox əgər hədə ilə, vəzifədən getmək qorxusu ilə oliqarxlardan alınarsa, gələcəkdə hökumət onların müqaviməti və təxribatı ilə üzləşə bilər”.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...