Azərbaycan bazarlarında Ermənistan məhsulları satılır - ilginc iddia
Iqtisadiyyat
Oxunub: 791
15 may 2017 | 10:40
Azərbaycan bazarlarında Ermənistan məhsulları satılır - ilginc iddia

















Eyyub Hüseynov: “Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir”

Ermənistan bazarlarında Azərbaycan almalarının satılması ilə bağlı sosial mediada yayılan məlumatlar böyük rezonans doğurub. Belə ki, Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidməti bazarlarda yoxlanışlar keçirdiyini və ölkə paytaxtında və rayonlarındakı meyvə-tərəvəz bazarları və mağazalarında Azərbaycanda istehsal olunan “alma satışı faktının təsdiqləndiyini” bəyan edib.

Daha sonra Ermənistanda vergi və gömrük qurumlarını idarə edən Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət almaq ittihamı ilə tutulublar.

İstintaq müəyyən edib ki, məmurlar bəzi sahibkarlardan meyvə-tərəvəzin Baqrataşen gömrük məntəqəsindən baxışsız keçirilməsi üçün rüşvət alıblar. Bu məhsulların arasında Azərbaycanda yetişdirilmiş almalar da olub.

Qeyd edək ki, Azərbaycanda da bir neçə dəfə Ermənistanda istehsal edilən məhsullar aşkarlanıb, məsələ ictimailəşdikdən sonra həmin mallar bazarlardan yığışdırılıb. Ekspertlər bildirirlər ki, hazırda ölkədə qida təhlükəsizliyi ilə bağlı konkret məşğul olan qurum mövcud deyil. Lakin bunun yaradılması gündəmdədir. Belə ki, bu ilin fevral ayında ölkə prezidenti Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub: “Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və ”tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılsın".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda ölkədə qida təhlükəsizliyi məsələsi heç də yaxşı durumda deyil: “Ötən il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik gətirildi. Gürcüstanda hər gün azərbaycanlılarla ermənilər görüşürlər, oradan bura mallar gəlir. Heç kim də bu məsələyə nəzarət etmir. Birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıyam. Lakin Ermənistan mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz, istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışıq və hələ on il öncə ”Qırmızı Körpü" bazarında təhlükəli malların qarşısını almışdıq. Ermənistan təşkilatlarının üzərində də müəyyən dərəcədə təsirlərimiz var. Ola bilər ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistandan Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmək də çox mürəkkəbdir. Ermənistan malı bir kənara, ötən il elə yerli qarpızların monitorinqini aparan zaman xeyli sayda kimyəvi maddələrlə zəngin, zəhərli məhsullar aşkar etdik. Demək olar ki, İrandan gələn və yerli məhsulların 98 faizi kimyəvi zəhərlənmiş vəziyyətdə idi".

Ekspert bir müddət öncə Azərbaycan bazarlarında aşkar olunan Ermənistanda istehsal edilmiş şokoladlara da diqqət çəkib: “Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir. Ermənistanla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, əgər orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət orqanları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayacaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır”.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...