Bakının mənzil bazarında şok endirimlər - nağd alana 50 faiz...
Iqtisadiyyat
Oxunub: 864
1 may 2017 | 09:43
Bakının mənzil bazarında şok endirimlər - nağd alana 50 faiz...

















Yeni Yasamalda evlər kütləvi satışa çıxarılır. Bunu fins.az-a açıqlamasında əmlak elanları saytının rəhbəri, ekspert Vaqif Hüseynov deyib. Söhbət, dairəvi yolun kənarında “Bazarstore” və “Qismət Şadlıq Sarayı”na qədər ərazidə yerləşən mənzillərdən gedir

Onun sözlərinə görə, son 2-3 ay ərzində bu ərazidə satışa çıxarılan evlərlə bağlı elanlar sürətlə artır: “Hər gün Bakının həmin ərazisindən minimum 2-3 fərqli ev elanı yerləşdirilir. Bu isə əmlak üçün kifayət qədər böyük rəqəm hesab edilir. Satışa çıxarılan mənzillər isə əsasən 2-3 otaqlıdır”.

Evlərini dollar almaq üçün satırlar

Ekspert bildirir ki, hazırda Yeni Yasamalda MTK-lara müraciət etdikdə satışda mənzil olmadığını bildirirlər. Satılan mənzillərdə isə demək olar ki, yaşayış yoxdur. Görünən odur ki, bu ərazilərdə mənzil qiymətləri kifayət qədər aşağı olduğu üçün əvvəlcə əlavə mənzil kimi alınıb. İndi isə dollar manat qarşısında demək olar ki, ən aşağı həddə düşüb. Belə olan halda mənzili satıb vəsaiti dollara yatırmaqla bir neçə aydan sonra daha çox qazanc əldə etmək olar:“1.68 manat kursu hazırda dollar almaq üçün ən əlverişli kursdur. Dolların yenidən bahalaşmaq ehtimalı daha yüksəkdir. Ev sahibləri bunu nəzərə alaraq əlavə yatırım kimi evləri sataraq dollara çevirməyi məqsədəuyğun hesab edirlər”.

Ev satan çox olsa da alıcı yoxdur

V.Hüseynovun sözlərinə görə, ev elanlarının indi kütləvi artmasının digər səbəbi Bakıda bəzi ərazilərdə evlərin plana düşməsi, söküntü işlərinə başlanmasıdır. Vətəndaşlar hesab edirlər ki, belə vəziyyətdə bazarda mənzillərə tələbat artacaq və evləri daha asan satmaq olacaq. Bu isə yanlış düşüncədir. Belə ki, hazırda mənzil bazarında durğunluq davam edir, yəni mənzil bazarında da alıcı qıtlığı hökm sürür.
Hazırda Bakıda mənzillərin qiymətinə gəlincə isə ekspert bildirib ki, daşınmaz əmlak bazarında hələlik qiymətlərdə ciddi dəyişiklik hiss edilmir.

Real alıcı olanda qiymət 2 dəfə ucuzlaşır

İstiqlal.az-ın araşdırmalarına görə, bazarda qiymətlər sabit qalması əslində görüntüdür.

"Təklif tələbi xeyli üstəlyir. Satışa çıxarılan mənzillər çoxdur, alıcı isə tapılmır. Şoxlar qiymətlə maraqlanıb gedirlər. Əgər alıcı əlində nağd pulla bazara daxil olursa, satıcı qiyməti 50 faizə qədər endirir. İndiki qiymətlər şərtidir, işlək deyil. Sadəcə, bazar dinamik olmadığlna gərə, yeni qiymətlər formalaşmayıb. Bu proses, yəni gec-tez baş verəcək. Çünki qiymətlər əhalinin real gəlirlərinə adekvat deyil" - deyə daşınmaz əmlak bazarının oyunçularından biri istiqlal.az-a bildirib.

Sosial mənzillər bazarı bir az da öldürəcək

Mənbə sösial evlərin tikintisinin də bazara öldürücü təsir göstərəcəyini bildirir: Sosial evlər təbii ki, ucuz qiymətə satılacaq və bu da təbii ki, bazarda yeni qiymətlərin formalaşmasını stimullaşdıracaq".

Artıq güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı dünən elan olunub.

Sənədlərinin qəbuluna "güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Vətəndaşlar müraciət etdikdən bir neçə gün sonra mənzilə sahib olmaq hüquqlarının olub-olmamasını öyrənə biləcəklər.

Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən olunub.Tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq "güzəştli mənzili kim ala bilər?" və "tələb olunan sənədlər" keçidləri vasitəsilə tanış olmaq mümkündür.

Sənədlərin qəbuluna sayılı günlər qalıb. Bunun üçün güzəştli mənzil elektron sisteminin əsasnaməsi təsdiq edilməlidir. Vətəndaşlar sosial mənzilləri əldə etmək hüquqlarının olub-olmamasını qısa müddətdə öyrənə biləcəklər.

Vətəndaşların elektron müraciətlərini daha da asanlaşdırmaq üçün bir sıra əlavə tədbirlər görüləcək

Güzəştli mənzil elektron sisteminə edilən müraciətlərə ardıcıllıqla baxılıb cavab veriləcək. Amma mənzil seçimi zamanı hər kəsə bərabar hüquq veriləcək

Elektron müraciətin nə zaman başlanacağı yaxın günlərdə elan ediləcək.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər