AZƏRBAYCAN MANATININ ALTERNATİV ABBREVİATURASI VƏ ...
Iqtisadiyyat
Oxunub: 1 164
21 apr 2017 | 12:26
AZƏRBAYCAN MANATININ ALTERNATİV  ABBREVİATURASI VƏ ...









Doğma vətənimiz olan Azərbaycanın müstəqillik qazanmasından tarixi nöqteyi-nəzərdən çox vaxt ötməsə də müxtəlif sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurlarımız vardır. Həm də elə ölçüdədir ki, dostlarımız sevinir, bizi istəməyənlər isə rahatsızlanırlar. Vətənimizin pul vahidi manatın alıcılıq qabiliyyəti bir sıra dövlətlərin pul vahidi ilə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksəkdir. Hazırda Azərbaycan Respublikası dünyanın aparıcı ölkələri ilə maliyyə-iqtisadi-ticarət əlaqələrinə malikdir. Belə ölkələrin sayı daim artır. “Azərbaycan manatı” ifadəsinin daim genişlənməkdə olan coğrafi məkanda hallanması baş verir. Deyilənləri nəzərə alaraq Azərbaycan Respublikasının milli valyutası olan manatın da digər dəyərli pul vahidləri kimi məxsusi abbreviaturaya və işarəyə malik olması önəmlidir.

Azərbaycan Respublikasının milli valyutasının – manatın abbreviaturası 2005-ci ilədək AZM kimi işlənirdi. Belə olan halda abbreviaturanın hər bir hərfinin müəyyən sözü ifadə etməli olduğunu xatırlamaq yerinə düşərdi. Hərflər ölkə və onun valyutasının adlarının ilk hərfləri olmalıdır. AZM abbreviaturasında ilk hərf valyutanın mənsub olduğu ölkənin adını – “Azərbaycan” sözünü ifadə edirdi. “M” hərfi isə valyutanın adının ilk hərfidir. Belə olan halda bəs “Z” hərfi hansı sözü nəzərdə tutur?

Deyilənlər nəzərə alınarsa “Azərbaycan manatı”nın abbveaturası AM şəklində yazıla bilinərdi. Əgər müəyyən səbəblərdən ehtiyatlılıq nəzərdə tutularaq ölkəmizin adındakı ikinci hərfin də əlavə edilməsinə ehtiyac duyulursa, bu halda həmin hərf kiçik yazıla bilər, yəni AzM.

2005-ci ildə Azərbaycan manatının denominasiyası həyata keçirildikdən sonra yeni Azərbaycan manatı üçün AZN abbreviaturasının seçilməsi məqsədəuyğun sayılmışdır. İkinci abbreviatura da birincisi kimi İSO – Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənmişdir. Məlum olduğu kimi abbreviaturanın əsas məqsədi beynəlxalq ödənişlər zamanı istifadə olunmasıdır. O, həmçinin ölkə daxilindəki ödənişlərdə və b. tətbiq edilir (məsələn, bank sənədlərində, qəzet-jurnallarda, TV kanallarında, puldəyişmə məntəqələrində), bu təkzibedilməz faktdır.

Hər hansı ölkə valyutası adının üç hərfli abbreviaturasına rast gəlinir. Üç hərfli abbreviatura olduğu halda, adətən, yuxarıda deyildiyi kimi onun hər bir hərfi müəyyən sözü ifadə etməlidir. Hərflər ölkə və onun valyutası adlarının ilk hərflərini göstərməlidirlər. Bu baxımdan üç hərfli uğurlu abbreviatura kimi Türkiyənin milli valyutasının sonuncu denominasiyası həyata keçirildikdən sonra müvəqqəti işlənmiş abbreviaturasını nümunə göstərmək yerinə düşər: YTL – yeni Türkiyə lirəsi.

Bəs Azərbaycan manatı abbreviaturasının AZN variantında nə müşahidə olunur?

İlk hərf valyutanın mənsub olduğu ölkənin adını – “Azərbaycan” sözünü ifadə edir. Sonuncusu isə ingiliscə “new” (azərbaycanca “yeni”), digər fikrə görə isə “nominal” sözünün ilk hərfidir.

Belə olan halda ortaya suallar çıxır. Niyə əcnəbi sözün ilk hərfi buraya düşmüşdür? Bəs “nominal” sözünü işlətmək zərurəti nədən irəli gəlmişdir? Həqiqətənmi nominal sözünün məna tutumuna malik söz və ya ifadə dilimizdə yoxdur? “Z” hərfi nəyi əks etdirir? Azərbaycan valyutası olan manat sözünün ilk hərfi abbreviaturaya niyə düşməmişdir? Bəlkə həmin üç hərfə daha birisi, həm də zəruri olanı, yəni “M” hərfi də əlavə olunsun? Və abbreviaturası dörd hərflə ifadə edilən ilk valyuta kimi Azərbaycan manatı hansısa rekordlar kitabına düşsün?

Digər variant da, yəni uğurla praktikada işlənən və heç bir rahatsızlığa səbəb olmayan variant da mövcuddur. İqtisadi cəhətcə inkişaf etmiş bir neçə ölkə valyutalarının abbreviatura və işarələrini nəzərdən keçirək.

ABŞ valyutası olan dolların abbreviaturası $ (bəlkə də işarəsi) iki hərfin (U – United və S – States sözlərinin ilk hərflərinin) üst-üstə yazılmasından hazırlanmışdır. Hərflər ABŞ-da istifadədə olan latın əlifbasındandırlar. Sonralar isə bəzən U hərfinin aşağı hissəsi yazılmamış, sadəcə paralel xətlər qoyulmuşdur. Digər hallarda isə U hərfi əvəzinə bir şaquli xətt qoyulur. Bəlkə də bu görüntünün fərdiliyi, məxsusiliyi dollar üçün işarə yaradılmasına ehtiyacın olmaması fikrinə gətirib çıxarmışdır.

Rusiya Federasiyası rublunun abbreviaturası (PP) iki hərfin yanaşı yazılması – ölkənin və onun valyutasının adlarının ilk hərflərinin yanaşı yazılması ilə verilir. Hərflər bu ölkədə işlənən kiril əlifbasındandırlar. Bu variant bir sıra ölkələrin valyutalarının abbreviaturalarının yaradılması üçün tətbiq edilmiş və necə deyərlər, yaşamaq hüququ qazanmışdır.

Valyuta işarələrinə nəzər yetirək. Böyük Britaniya valyutası funt sterlinqin (£), bir sıra Avropa ölkələrinin vahid valyutası olan euronun (€) ( biz avro deyirik) işarələri həmin ölkələrdə işlənən latın qrafikasının bir hərfi əsasında yaradılmışdır. Həmin hərflər funt və euro sözlərinin ilk hərfləridir. Funt sterlinqin işarəsi f hərfinin aşağı hissəsi azca burulmaqla və ortasındakı cızığın sayını ikiyə çatdırmaqla ( bəzən bir cızıq çəkilir) hazırlanmışdır. Euronun işarəsi isə Є hərfinin orta cızığını cüzi sola uzatmaqla və ikincisini əlavə etməklə təklif edilmişdir. Rusiya Federasiyası rublunun işarəsi ( P) də bu ölkədə istifadə edilən kiril əlifbasındakı P hərfi (“рубль” sözünün ilk hərfi) əsasında düşünülmüşdür. Yaponiyanın milli valyutası olan yen üçün də məhz bir hərf əsasında, həm də yen sözünün ilk hərfi olan Y əsasında işarə (¥) təklif edilmiş və uğurla işlənməkdədir. Hər iki valyutanın işarəsi yaradılarkən yuxarıdakıların hazırlanması zamanı rəhbər tutulmuş eyni prinsiplər əsas götürülmüşdür. Qeyd edək ki, yaponların təklif etdiyi işarənin təkcə özlərinin tanıdıqları heroqliflə deyil, məhz bütün qitələrdə işlənən latın hərfi əsasında hazırlanması anlaşılandır. Göründüyü kimi beləcə – sadə, fərqli və yadda qalan işarələr təklif edilmiş və bəyənilərək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurla tətbiq

edilməkdədirlər: £ - € - P - ¥ . Bu işarələrin bəyənilmələri və yaşamaq hüququ qazanmalarının bir səbəbi də məhz valyutaların adlarının birinci hərfləri əsasında yaradılmalarından və həmin adları xəyalda canlandırmaq təsirinə malik olmalarından, yada salmalarından ibarətdir.

İndi haqqında. Diqqətimizi manatın işarəsi olan üzərində cəmləyək. Bu işarə ölkəmizdə işlənən əlifbanın M hərfinə (“manat” sözünün ilk hərfinə) nə dərəcədə oxşayır? Məgər bu işarənin kiril əlifbasındakı Э hərfinə daha çox oxşarı yoxdurmu və onun əsasında hazırlandığı fikri ortaya çıxmırmı? Э hərfi üzü aşağı çevrilmiş və ortasındakı cızıq yuxarıya kiçicik uzadılmışdır. Yaxud da işarənin latın qrafikasındakı Є hərfi əsasında hazırlandığı təəssüratı yaranmırmı? Bu işarəsində “manat” sözünün birinci hərfinə oxşayan və manatı xəyalda canlandıran təsirə malik məgər nə isə varmı? Bəlkə elə bu səbəbdən də ürək isitməyən həmin işarə ölkədə və xaricdə praktiki surətdə demək olar ki, az işlənir. Az hallarda işlənərkən isə onun yanında abbreviatura yazılmasına (yəni AZN şəklində) ehtiyac duyulur. Bəs bu işarəsinin hazırda işlənməsinə baxmayaraq ona alternativ işarə, həm də yuxarıda xatırlanan qaydalar, digər valyutaların işarələrinin hazırlanması zamanı beynəlxalq təcrübədə istifadə edilmiş prinsiplər rəhbər tutulmaqla təklif ediləcək alternativ işarə necə görünə bilərdi?

Bunu yaratmağa cəhd edək.

Manat sözünün birinci hərfini Azərbaycanda istifadə edilən latın qrafikasında götürək: M. Bunun orta hissəsinə aşağı istiqamətdə kiçicik çıxıntı verək və həmin çıxıntıya 2 ədəd cızıq çəkək. Nəticədə alınan işarə belə görünüşə malik olar: . Sadə, fərqli və yadda qalan işarə yaranırmı? Və bu işarə bizim də işlətdiyimiz latın qrafikasındakı M həhfi əsasında yaradıldığından, manat sözünün ilk hərfi olduğundan xəyala manat sözünü gətirirmi? Əcnəbi valyuta işarələrində olduğu kimi valyutamızın bu alternativ işarəsi yaradılarkən də beynəlxalq təcrübədə valyuta işarələrinin istifadəsi zamanı zəruri olan şərtlər –valyuta adının ilk hərfi bazasında hazırlanması, sadə yazılışlı olması əsas götürülmüşdürmü? Bəli, bu şərtlərə riayət olunmuşdur.

İndi isə yuxarıda sadalanmış valyuta işarələrinin necə deyərlər, qatar halında iki variantda düzülüşünü nəzərdən keçirək və müqayisə edək:

1) £ - € - P - ¥ -

2) £ - € - P - ¥ -

Fikrimizcə, milli valyutamızın işarəsi şəklində daha uğurlu və digər tanınmış valyuta işarələri ilə həmahəng görünür, tələblərə cavab verir. Manatın hazırda işlənən işarəsi isə digər işarələr qatarının sonunda yad görünür. Bu işarələr haqqında eyni zamanda sahə mütəxəssislərimizin fikirlərini bilmək də dəyərli olacaqdır. Yəqin ki, daha bir məqama toxunmaq vaxtıdır. Sikkə halında işlətdiyimiz xırda pul vahidimizin adı “qəpik” heç də bizim söz deyil. Əcnəbi “копейка”

sözünün təhrif olunmuş halıdır. Son onilliklərdə dilimizin əcnəbi sözlərdən təmizlənməsi haqda söhbətlər gəzir, işlər görülür. Odur ki, “qəpik” haqqında da düşünməyə dəyər. Adətən, xırda pul – sikkə vahidi kimi işlənən sözlər məna tutumu etibarı ilə bir sıra ölkələrdə əskinasların, yəni iri pul vahidlərinin yüzdə biri kimi anlaşılır. Məsələn, əcnəbilərin daha çox işlətdiyi “cent” sözünü (biz “sent” deyirik) yada salmaq kifayətdir. Biz də məhz bu baxımdan yanaşa bilərik. Məntiqi baxımdan belə yanaşma düzgün sayıla bilinər. Bəs “manatın yüzdə biri” mənasını verən söz kimi işlənəcək uğurlu söz hansı ola bilər? Bəlkə “manyüz” ? Bəlkə “manat” ın tərsi olan “tanam” ? Bəlkə də daha uğurlu təklif ola bilər? Hər halda maliyyə, iqtisadiyyat , dilçilik sahələrində uğurla çalışan mütəxəssislərimi-zin, vətənpərvər vətəndaşlarımızın rəy və təklifləri bu məsələyə də işıq sala bilər.

Rəsul RƏXŞANLI,

kimya üzrə fəlsəfə doktoru, iki dəfə

“Humay” Milli mükafatı laureatı.
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub