Siqaret oliqarxları müqavimətə başladı
Iqtisadiyyat
Oxunub: 866
17 apr 2017 | 12:49
Siqaret oliqarxları müqavimətə başladı
















Tütün istehsalçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməmişdən artıq öz ziyanlarını xalqın siqaret çəkən təbəqəsi üzərinə yükləməyə çalışır

Məlumata görə, qanunun gündəmə gəlməsinin zəruri edən daha bir səbəb ölkə turizminin inkişafına dəstəkdir. Çünki Azərbaycanda “siqaret mafiyası”nın ciddi cəhdlə qarşı çıxdığı bu tip qanunlar Avropada hələ ötən əsrdən qəbul edilib. Xüsusən, paytaxt Bakıda ictimai-iaşə yerlərində siqaret çəkilməsi Avropa və digər inkişaf etmiş ölkədən gələn turistləri üçün çəkindirici faktordur. Bu səbəbdən də hökumət hətta yerli siqaret istehsalçılarının etirazlara baxmayaraq, qanun layihəsini parlamentin gündəliyinə gətirə bilib.

Qeyd edək ki, BMT-nin “Tütünə qarşı mübarizə haqqında” çərçivə konvensiyasına dünyanın 168 ölkəsi ilə yanaşı Azərbaycan da qoşulub və sənəd 1 noyabr 2005-ci ildə Milli Məclisdə ratifikasiya olunub. Bunun ardınca isə təbii ki, siqaretlə bağlı digər yasaqlar da qəbul edilməli idi, amma hər dəfə bu qanun layihələri müəmmalı şəkildə elə komitələrdə “tüstündən boğulurdu”.

Məlumdur ki, ötən həftə Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Məlum olub ki, deputatlar bir neçə ölkədə təcrübə mübadiləsində olub. Rusiyanın, Türkiyənin və digər dövlətlərin qanun yaradıcılığı praktikasından faydalanıb. Layihəyə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbir keçirilən zallarda, ticarət və məişət obyektlərin, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, inzibati binalarda, iş yerlərində tütün çəkilməsinə icazə verilmir.

Qadağalar həmçinin vağzal, avtovağzal və avtobus dayanacağı, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, liftlərdə, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında, yüksək təhlükə mənbəyi hesab olunan digər obyektlərə də aid olacaq.

Həmçinin yetkinlik yaşına çatmayanlara siqaret satışı qadağan olunur və ya yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.
Qanunun daha bir tələbi isə odur ki, Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanmalı, verilişlərin 45 dəqiqəsi saat 17:30-23:00 arasında olmaqla, saat 08:00-23:00 arasında yayımlanmalı, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.

Bu qanunun tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar, Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun layihəsinin “siqaret oliqarxları”na ciddi zərbə olduğu ortadadır. Hər şey onların milyonlar qazandığı bazarın əleyhinə yönəlib. Hətta televiziyalara belə siqaret əleyhinə məcburi(Türkiyədə bu cür antireklam çarxlar “zorunlu yayım”) yayımlar etməlidir.

Parlamentdəki müzakirələrdə deputat, ölkədə yeganə siqaret istehsalçısı olan “European Tobacco-Baku” ASC-nin rəhbəri Rüfət Quliyevin söz alıb və qanun layihəsinin əleyhinə çıxıb. O deyib ki, layihənin hazırlanmasında Rusiya modelindən istifadə edilib. Siqaret oliqarxı “burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır” deyib. Deputat əlavə edib ki, “iaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır”. Daha maraqlı təklif isə sonra səslənib. R.Quliyev “tütünə qarşı mübarizə vasitəsi” kimi siqaretin satış qiymətinin qaldırılmasını təklif edib.

Yada salaq ki, R. Quliyev hələ bir neçə ay öncə xaricdə istehsal olunan siqaretlərin qiymətində bahalaşmanın əsas səbəbini dollarla izah etmişdi. Amma 1 dollar maliyyə bazarında 1 manat 70 qəpiyə düşsə də, siqaretlərin qiymətinə ciddi təsir etməyib.

Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “European Tobacco-Baku” ASC daxili bazarın təxminən 50 faizinə nəzarət edir. Statistika onu da göstərir ki, qiymətlərin kəskin bahalaşması Azərbaycanda siqaret istehsalını azaltmayıb.

Prezident İlham Əliyev ötən il tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi üçün quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilməsi barədə sərəncam imzalayıb. Artıq Kənd Təsərrüfatı Nazirliyi 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib. Bunlar isə o deməkdir ki, ölkədə siqaretin qiymətin artırılmasından deyil, ucuzlaşmasından danışmaq olar. Siqaret oliqarxları isə qanun qəbul edilməmişdən artıq öz ziyanlarını xalqın siqaret çəkən təbəqəsi üzərinə yükləməyə çalışırlar...

Qeyd edək ki, qanun layihəsi hələ birinci oxunuşda qəbul olunub və müzakirəsi davam edəcək. Eləcə də “siqaret mafiyası”nın müqaviməti də...
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir